ABŞ öz aviabazasını məhv etdi

© AFP 2024 / Vano ShlamovABŞ ordusunun əsgərləri
ABŞ ordusunun əsgərləri - Sputnik Azərbaycan
Abunə olmaq
Amerika hərbçiləri həmçinin Hasake əyalətində Əs-Sabee bəndinin yanındakı bazadan çıxmağı da planlaşdırırlar

BAKI, 20 oktyabr — Sputnik. ABŞ-ın hərbi qüvvələri Suriyanın şimal-şərqindəki Hasake əyalətindən hərbçilərini çıxardıqdan sonra oradakı öz aviabazasını məhv edib.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, bu barədə SANA məlumat yayıb.

Agentliyin məlumatına görə, ABŞ hərbi-nəqliyyat təyyarələrinin uçuş-enmə zolağının quraşdırıldığı Kleyb bazasını bombalayıb.

Военная техника США в Сирии, фото из архива - Sputnik Azərbaycan
Türkiyə və ABŞ arasında razılaşmanın detalları açıqlandı

Baza Tel-Baydarda, kürd döyüşçüləri ilə türkiyəyönümlü qüvvələr arasında döyüşün getdiyi Tel-Tamar şəhərinin yaxınlığında yerləşir.

Amerika hərbçiləri həmçinin Hasake əyalətində Əs-Sabee bəndinin yanındakı bazadan çıxmağı da planlaşdırırlar.

ABŞ və müttəfiqləri 2014-cü ildən Suriya və İraqda İŞİD terror qruplaşmasına qarşı hərbi əməliyyatar aparırlar.

Bu il oktyabrın 9-da Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında "Sülh Bulağı" antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaradılmasına nail olmaqdır.

Oktyabrın 17-də ABŞ və Türkiyə Suriyada atəşin 120 saat müddətində dayandırılması barədə razılığa gəldiklərini açıqlayıblar. Razılaşmaya əsasən, Suriyanın şimalında 30 kilometr dərinlikdə yaradılan təhlükəsizlik bölgəsinə Türkiyə Silahlı Qüvvələri nəzarət edəcək.

Xəbər lenti
0