Amerika əsgərləri terrorçuların arvadlarını Suriyadan çıxarırlar

© AFP 2023 / DELIL SOULEIMANВоенная техника США в Сирии, фото из архива
Военная техника США в Сирии, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bir müddət əvvəl "New York Times" qəzeti məlumat yayıb ki, Amerika hərbçiləri Suriya kürdlərinin nəzarət etdikləri həbsxanalardan 50 "xüsusi vacib" İŞİD döyüşçüsünü çıxara bilməyiblər

BAKI, 20 oktyabr — Sputnik. Amerika hərbçiləri "İslam dövləti" terror qruplaşmasının döyüşçülərinin arvadlarını Suriyanın Haseke əyalətində yerləşən Əl-Hol qaçqın düşərgəsindın çıxarırlar.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı Ikhbariya telekanalı yayıb. KİV-in məlumatına görə, yaşayış məntəqəsinin üzərində ABŞ helikopterləri dövrə vurur.

Президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
İŞİD tamamilə nəzarət altındadır – Tramp

Bir müddət əvvəl "New York Times" qəzeti məlumat yayıb ki, Amerika hərbçiləri Suriya kürdlərinin nəzarət etdikləri həbsxanalardan 50 "xüsusi vacib" İŞİD döyüşçüsünü çıxara bilməyiblər.

​Xatırladaq ki, oktyabrın 9-da Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında "Sülh Bulağı" antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaradılmasına nail olmaqdır.

Oktyabrın 17-də ABŞ və Türkiyə Suriyada atəşin 120 saat müddətində dayandırılması barədə razılığa gəldiklərini açıqlayıblar. Razılaşmaya əsasən, Suriyanın şimalında 30 kilometr dərinlikdə yaradılan təhlükəsizlik bölgəsinə Türkiyə Silahlı Qüvvələri nəzarət edəcək.

Xəbər lenti
0