Tbilisini güclü zəlzələ gözləyir – Alimlər həyəcan təbili çalırlar

© Sputnik / Mikhail Mokrushin / Mediabanka keçidВид на город Тбилиси
Вид на город Тбилиси - Sputnik Azərbaycan
Abunə olmaq
Məlumatlarda Gürcüstanda 5 baldan güclü zəlzələnin ola biləcəyi iki ocağın müşahidə edildiyi qeyd edilib. Ocaqlardan biri Tbilisi yaxınlığındadır

BAKI, 19 oktyabr — Sputnik. Amerikanın NASA kosmik agentliyi gürcüstanlı alimlərə paytaxt Tbilisini güclü zəlzələ gözlədiyi barədə unikal məlumatlar təqdim edib. Sputnik Gürcüstan xəbər verir ki, bu barədə professor Anzor Sakandelidze danışıb.

Gürcüstan Xarici İşlər Nazirliyinin binası - Sputnik Azərbaycan
SİYASƏT
Gürcüstan da Qarabağdakı "seçkilərə" münasibət bildirdi

O bildirib ki, bu barədə məlumatlar fizika-riyaziyyat elmləri üzrə doktor Manan Kaçaxidzeyə təqdim edilib. Məlumatlarda Gürcüstanda 5 baldan güclü zəlzələnin ola biləcəyi iki ocağın müşahidə edildiyi qeyd edilib. Ocaqlardan biri Tbilisi yaxınlığındadır. Buna görə də daimi olaraq monitorinqlər aparılmalıdır.

Sakandelidze əlavə edib ki, M. Kaçaxidze 50 gün öncə zəlzələnin olacağı və gücü barədə məlumat verə bilər.

Onun sözlərinə görə, Gürcüstana zəlzələ barədə öncədən proqnoz verən elektromaqnit dalğalı unikal aparat verilib. Bununla yanaşı,0 Gürcüstan Yaponiya, İtaliya, Rusiya, Avstriya, Portuqaliya, Türkiyə və Kiprin də üzvü olduğu Beynəlxalq Konsorsiumun tam hüquqlu üzvü olub: "Ancaq aparatın işə salınması üçün 700 min lari (397 min manat) vəsaitə ehtiyac var”.

Xəbər lenti
0