Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 19 oktyabr — Sputnik. Şabranda 22 yaşlı gənc intihar edib. Hadisə Şabran şəhəri, Roman Yusifov küçəsində baş verib.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, 1997-ci il təvəllüdlü Əliməmmədov Mərhəmət Zakir oğlu intihar edib.
Məlumata görə, gənc oğlan Quba rayon sakini olub. O, Şabranda kirayədə qalırmış.
Hələlik onun hansı səbəbdən intihar etdiyi bilinmir.
Hadisə ilə bağlı Şabran Rayon Prokurorluğunda cinayət işi açılıb.