BAKI, 19 oktyabr — Sputnik. Ekspertlər müstəqil turistlərdən səyahət etdikləri hansı ölkədə planlaşdırdıqlarından daha az pul xərclədiklərini soruşublar.
Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, bu barədə Aviasales məlumat yayıb.
Servisin mütəxəssisləri on min istifadəçinin rəyini soruşaraq istirahətin hansı ölkədə daha ucuz başa gəldiyini öyrəniblər.
Rəyi soruşulanların 23%-i Çexiyaya uçmağın daha ucuz olduğu qənaətindədir. Siyahının ikinci pilləsində Macarıstan qərarlaşıb. Hunların ölkəsini 17% turist sərfəli hesab edib, çünki onların fikrincə, burada həm əyləncənin, həm də restoranlarda yeməklərin qiyməti baha deyil.
15% turist Serbiyanı istirahət üçün əla seçim sayır: həm yol xərci, həm də qida cibə ziyan vurmur.
Rəyi soruşulanların 14%-i İspaniyanı, 10%-i Vyetnamı, 9%-i Gürcüstanı, 7%-i isə Portuqaliyanı səyahət üçün əlverişli hesab edib.
Onluğu turistlərin 5%-nin rəyi ilə Türkiyə tamamlayıb. Turistlərdən biri deyib: "Lirənin məzənnəsi düşəndən sonra Türkiyə şoppinq baxımından ən ucuz ölkə oldu. Özü də söhbət brend geyimdən gedir - firma mağazalarında, bazarda yox".