BAKI, 19 oktyabr — Sputnik. İzmirdə 41 yaşlı E. D. əməliyyat edilərək mədəsindən 680 qram metal çıxarılıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, əməliyyatdan bir müddət sonra xəstə dünyasını dəyişib.
Üç saat davam edən əməliyyat müddətində onun mədəsindən 200-ə yaxın metal parçası çıxarılıb. Ancaq əməliyyatdan sonra kişi zəhərlənmə ilə dünyasını dəyişib. "Xəstənin psixi problem olub. Müxtəlif metallar, maqnitlər udub. Xəstənin mədəsindən 680 qram metal çıxarılıb. Ancaq metalların uzun müddət mədədə qalması metal zəhərlənməsinə səbəb olub. Bununla əlaqədar bütün qan dəyərlərində düşmə müşahidə edilib. Bu metalların yaratdığı toksiki zəhərələnmə səbəbi ilə bu gün xəstə dünyasını dəyişdi" – deyə xəstəxanadan bildirilib.