“Dostundan” Ərdoğanı qəzəbləndirəcək sözlər

© © Mark Schiefelbein/Pool via REUTERSTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
"Ərdoğanın tapşırığı ilə Türkiyədə bir sorğu keçirilmişdi. Sorğunun nəticəsinə görə, türklərin 63 faizi Avropaya qatılmaq istəyirdi. Amma bu baş vermədi və Ərdoğan başqa istiqamətə yönəldi"

BAKI, 19 oktyabr — Sputnik. İtaliyanın sabiq Baş naziri Silvio Berluskoni Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı 2003-cü ildə Avropa İttifaqına (Aİ) müraciət etməsi üçün razı saldığını deyib.

Sputnik Azərbaycan "Sözcü"yə istinadla xəbər verir ki, Berluskoni deyib: "Amma sonra bəzi avropalı liderlər və ölkələr Türkiyənin Aİ-yə daxil olmasına razılıq vermədilər. Bu, səhv bir addım idi".

© © AFP HOTO/STR Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İtaliyanın sabiq Baş naziri Silvio Berluskoni
“Dostundan” Ərdoğanı qəzəbləndirəcək sözlər - Sputnik Azərbaycan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İtaliyanın sabiq Baş naziri Silvio Berluskoni

"Ərdoğanın tapşırığı ilə Türkiyədə bir sorğu keçirilmişdi. Sorğunun nəticəsinə görə, türklərin 63 faizi Avropaya qatılmaq istəyirdi. Amma bu, baş vermədi və Ərdoğan başqa istiqamətə yönəldi. Bir növ Osmanlı İmperiyasını xatırladan bir şey inşa etmək niyyətinə düşdü" – deyə İtaliyanın sabiq Baş naziri qeyd edib.

İtaliyada hakimiyyətdə olan zaman Türkiyənin Aİ-yə qəbul edilməsinin tərəfdarı olan Berlusoni Türkiyənin bugünkü mövqeyinə görə onun Aİ-yə qəbul edilməsinə qarşı çıxan avropalı liderlərin məsuliyyət daşıdığını deyib: "NATO-nun önəmli bir hərbi gücü olan, Asiya ilə Avropa arasında, Qərblə Şərq arasında yer alan Türkiyə bu gün Qərbə doğru getmək əvəzinə getdikcə İslam ölkəsinə çevrilir. Bu bizim üçün yaxşı bir şey deyil. Yenə adəti üzrə sözdə avropalı liderlər səhv edib. Avropada və dünyada lider sayı həqiqətən azdır".

Ərdoğan Qarabağ münaqişəsi haqda – Tanrı köməyimiz olsun>>

Qeyd edək ki, Berluskoni hakimiyyəti dövründə Ərdoğan ilə yaxın əlaqələri olub və iki lider bir-birinə “dostum” deyə müraciət edib. Berluskoni 2003-cü ildə Ərdoğanın oğlu Bilal Ərdoğanın nikah şahidliyini etmiş, keçən il də Ərdoğanın andiçmə mərasiminə qatılmışdı.

Xəbər lenti
0