Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda tələbə qız xəstəxanalıq oldu

© AFP 2023 / HERIKA MARTINEZСотрудники больницы перевозят тело человека, фото из архива
Сотрудники больницы перевозят тело человека, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yaralı qız ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub

BAKI, 19 oktyabr — Sputnik. Bakının Nərimanov rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. "Zil" markalı yük avtomobili yolu keçmək istəyən piyada, 1999-cu il təvəllüdlü Feyzullayeva Məlahət Qüdrət qızını vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Məlumata görə, M.Feyzullayeva tələbədir. O, dərsdən çıxan zaman onu yük avtomobili vurub.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər lenti
0