Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

İki yaşlı körpə "poroşok" içdi, vəziyyəti ağırdır

Abunə olmaq
Azyaşlı təcili olaraq Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyəti ağır-stabil qiymətləndirilir

BAKI, 19 oktyabr — Sputnik. Gəncədə daha bir azyaşlı kimyəvi maddə içərək zəhərlənib.

Sputnik Azərbaycan-ın Trend-ə istinadla məlumatına görə, 2017-ci il təvəllüdlü Yusif Verdiyev yaşadığı evdə yerdə olan "ACE" adlı yuyucu mayeni içib. Nəticədə uşaq zəhərlənib.

Azyaşlı təcili olaraq Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyəti ağır-stabil qiymətləndirilir.

Faktla bağlı araşdırma başlanıb.

Xəbər lenti
0