BAKI, 19 oktyabr — Sputnik. Miss&Mister Planet of Azerbaijan 2019 gözəllik müsabiqəsinin qalibləri Nigar Həsənzadə və Sirac Bəyalızadə Tbilisidə (Gürcüstan) keçirilən Miss&Mister Planet of the World 2019 dünya finalında iştirak edirlər.
Miss&Mister Planet of Azerbaijan-ın direktoru, beynəlxalq dərəcəli münsif Pərviz Əzimzadənin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, Tbilisidə keçirilən müsabiqədə Polşa, Belarus, Ukrayna, İspaniya, Portuqaliya, Rusiya, Bolqarıstan və digər ölkələrdən 24 model iştirak edir.
![Azərbaycanlı modellər Tbilisidə göz qamaşdırmağa hazırlaşırlar Azərbaycanlı modellər Tbilisidə göz qamaşdırmağa hazırlaşırlar - Sputnik Azərbaycan](https://cdnn1.img.sputnik.az/img/42206/82/422068230_0:0:1412:1920_600x0_80_0_0_6cc3fd38982e2dd8035462ceff66d207.jpg)
Azərbaycan nümayəndə heyətinin tərkibinə həmçinin Miss&Mister Planet of the World 2016 və 2018-in qalibləri Yusif Cəfərli və Emil Qasımov, Miss&Mister Planet of Azerbaijan-ın baş direktoru Sadiq Cəfərov da daxildir.
Nigar Həsənzadə və Sirac Bəyalızadə artıq Tbilisi və Gürcüstanın regionlarının görməli yerlərini gəziblər, Imedi TV-nin və Rustavi 2-nin "Georgia's Got Talent" layihəsinin qonağı olublar. Onlar burada milli geyimlərdə Azərbaycanın xalq rəqsi "Uzundərə"ni nümayiş etdiriblər.
![Azərbaycanlı modellər Tbilisidə göz qamaşdırmağa hazırlaşırlar Azərbaycanlı modellər Tbilisidə göz qamaşdırmağa hazırlaşırlar - Sputnik Azərbaycan](https://cdnn1.img.sputnik.az/img/42206/82/422068225_0:0:1920:1440_600x0_80_0_0_42e98de6cb724165822515adfdbf8453.jpg)
Müsabiqənin təşkilatçıları Eka Mqaloblişvili və İrina Papazova Azərbaycan nümayəndələrinin uğur qazanmaq üçün böyük şanslarının olduğunu bildiriblər.
Müsabiqənin finalı oktyabrın 21-də olacaq.