Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 19 oktyabr — Sputnik. Gəncədə azyaşlı qız xəstəxanada vəfat edib. Sputnik Azərbaycan-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, 2014-cü il təvəllüdlü Abdullayeva Zəhra Ramiz qızı boğazındakı problemlər əlaqədar xəstəxanaya yerləşdirilib. Amma körpə oktyabrın 18-də xəstəxanada qızdırmadan ölüb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi və ölkə üzrə ofisinin rəhbəri Hande Harmançı Sputnik Azərbaycan-a açıqlamasında isə hazırda ölkədəki vəziyyəti qiymətlındirib: "Uşağın dünyasını dəyişməsi, onun nəyə görə xəstələnməsi haqda heç bir məlumatım yoxdur deyə, bu haqda nəsə danışmağım düzgün deyil. Bu, çox şeylə əlaqədar ola bilər. Əlavə olaraq qeyd edim ki, hazırda ölkədə kəskin virus müşahidə edilmir".