SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Millət vəkili Prezidentin müşavirəsi bərədə: bu, aparılan işlərə verilən qiymət idi

© Sputnik / Murad OrujovMillət vəkili Aydın Mirzəzadə
Millət vəkili Aydın Mirzəzadə - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili Aydın Mirzəzadə deyir ki, dövlət bazar münasibətli iqtisadiyyat formasına hörmətlə yanaşır, lazım gəldikdə kiçik müdaxilə ilə onun səmərəli fəaliyyətinə imkan yaradır
Aydın Mirzəzadə: “Prezidentin dövlət intizamı barədə fikirləri aktualdır”

“Bu yaxınlarda aparılan sorğuya əsasən demək olar ki, əhalinin mütləq əksəriyyəti Azərbaycan rəhbərliyini, bizim apardığımız siyasəti birmənalı şəkildə dəstəkləyir. Əlbəttə ki, bu dəstək bizə güc verir, iradəmizi artırır və biz islahatlara daha da böyük həvəslə, daha da böyük imkanlarla meyil göstəririk, bu islahatları aparırıq”. Bu ilin 9 ayının sosil-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev belə deyib.

Millət vəkili Aydın Mirzəzadə Sputnik Azərbaycan-a deyir ki, Prezident İlham Əliyevin iqtisadi müşavirədə söylədiyi fikirlər indiyə qədər iqtisadi sahədə aparılan işlərə verilən qiymət idi:

“Təqdim edilən hesabatlardan aydın olur ki, Azərbaycan iqtisadiyyatının hərtərəfli inkişafına diqqət edilir. Dövlət bazar münasibətli iqtisadiyyat formasına hörmətlə yanaşır, lazım gəldikdə kiçik müdaxilə ilə onun səmərəli fəaliyyətinə imkan yaradır. Prezidentin dövlət intizamı və vergilərin ödənməsi haqqındakı fikirləri də kifayət qədər aktualdır”.

Millət vəkili Aydın Mirzəzadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

 

Xəbər lenti
0