Fazil Mustafa: “Bu tarix müstəqilliyin dəyərini bilənlər üçün ən əziz gündür”
Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür. Azərbaycan Respublikası Ali Sovetinin "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktını qəbul etməsindən 28 il ötür.
Millət vəkili Fazil Mustafa Sputnik Azərbaycan-a deyir ki, 18 Oktyabr müstəqilliyimizin bərpası günüdür: “İllərlə mübarizə aparan bir xalq dövlət yaratmaq haqqı qazanıb. Müstəqillik Azərbaycan xalqının mübarizəsinin yekunu olaraq ortaya çıxıb. Hər xalqa dövlət yaratmaq nəsib olmur. Bu tarix müstəqilliyin dəyərini bilənlər üçün ən əziz gündür. Azərbaycan dövləti də müstəqillik dəyərlərinə sadiq və önəm verən mahiyyətdədir”.
Millət vəkili Fazil Mustafanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz