Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Metropolitendə cibgirlik edən şəxs saxlanılıb

© Sputnik / Murad OrujovАрест, фото из архива
Арест, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Araşdırmalarla Musayevin cari ilin oktyabr ayının 10 və 11 tarixlərində cibgirlik yolu ilə iki qadın sərnişinin "Samsung" markalı mobil telefonunu oğurladığı məlum olub.

BAKI, 18 oktyabr — Sputnik. Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində stansiyaların platformalarında və qatarlarda sıxlıq olan zaman sərnişinlərin cibindən mobil telefon oğurlayan şəxs saxlanılıb. Sputnik Azərbaycan-a bu barədə Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib. Xəbərdə bildirilir ki, həyata keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş Masallı rayon sakini Namiq Musayev tutulub. Araşdırmalarla onun cari ilin oktyabr ayının 10 və 11 tarixlərində cibgirlik yolu ilə iki qadın sərnişinin "Samsung" markalı mobil telefonunu oğurladığı məlum olub. Hər iki zərərçəkən polisə mobil telefonlarının Metropolitendə olarkən itdiyi barədə məlumat veriblər və polislər tərəfindən araşdırma aparılan zaman həmin əşyaların N.Musayev tərəfindən oğurlandığı müəyyən edilib.

Qeyd edək ki, saxlanılan şəxs mobil telefonları ələ keçirəndən sonra satıb. N.Musayev ifadəsində platformalarda insanların sıx olduğu vaxtlarda sərnişinlərin vaqonlara daxil olduğu zaman cibgirlik etdiyini etiraf edib. Faktla bağlı Polis Şöbəsində araşdırmalar davam etdirilir. Namiq Musayevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə, həmçinin Metropolitendə Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.

Xəbər lenti
0