BAKI, 17 oktyabr - Sputnik. Türkiyə Silahlı Qüvvələrinin Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-u Suriyanın şimalında başlatdığı "Sülh Bulağı" antiterror əməliyyatı zamanı zərərsizləşdirilən terrorçuların sayı 673-ə çatıb. Bu barədə Sputnik Azərbaycan “Anadolu” agentliyinə istinadən xəbər verir.
Xatırladaq ki, “Sülh Bulağı” əməliyyatının keçirilməsində məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaradılmasına nail olmaqdır.