SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Kənar dövlətlər Suriyada gedən prosesləri mürəkkəbləşdirirlər – politoloq şərhi

Abunə olmaq
Politoloq İlqar Vəlizadə deyir ki, müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar Türkiyənin üzləşdiyi təhdidlərdən xəbərdar idi
İlqar Vəlizadə: “Türkiyə nəzarəti yerli qüvvələrə təhvil verəcək”

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi "Barış pınarı" antiterror əməliyyatı nəticəsində məhv edilən PKK/PYD və YPG terrorçularının sayı beş yüzü keçib. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Türkiyənin Suriyada keçirdiyi əməliyyatın əsas məqsədi hər kəsə bəllidir: “Müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar bu məsələdən xəbərdar idi. Ancaq bu neçə il ərzində Türkiyənin narahtlıqlarına reaksiya verilmirdi. Kənar dövlətlər bu məsələyə münasibət bildirməklə gedən prosesləri mürəkkəbləşdirirlər və Türkiyənin maraqlarını nəzərə almadıqlarını açıq şəkildə nümayiş etdirirlər. Türkiyə əməliyyat gedən ərazilərdə qayda-qanunu təmin etdikdən sonra nəzarəti yerli qüvvələrə təhvil verəcək”.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-dan Suriyanın şimalında “Barış pınarı” antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaradılmasına nail olmaqdır.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

 

Xəbər lenti
0