Ərdoğanın Rusiya səfərinin tarixi bilindi

© © Mustafa Kamaci/Presidential Press Office/Handout via REUTERSРеджеп Тайип Эрдоган, фото из архива
Реджеп Тайип Эрдоган, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Oktyabrın 16-da Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışaraq Suriya məsələsini müzakirə edib

BAKI, 17 oktyabr - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Federasiyasına edəcəyi səfərin vaxtı bilinib. Sputnik AzərbaycanAnadolu” agentliyinə istinadən xəbər verir ki, birgünlük səfər oktyabrın 22-si baş tutacaq.

Türkiyə və Rusiya Prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında görüş Soçi şəhərində keçiriləcək.

Xatırladaq ki, oktyabrın 16-da Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışaraq Suriya məsələsini müzakirə edib.

S-400 zenit raket komplekslərinin Türkiyəyə tədarükü, arxiv şəkli - Sputnik Azərbaycan
Ərdoğan son tarixi açıqladı - Dekabr

Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, söhbət Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.

İki ölkə liderləri münaqişə zonasında Türkiyə ordusu ilə Suriya hökumətinin qoşunları arasında toqquşmanın qarşısının alınmasını labüd hesab ediblər. Həmçinin prezidentlər Suriyanın ərazi bütövlüyünün təmin edilməsinə sadiqliklərini vurğulayıblar.

Putinlə Ərdoğan Suriyadakı vəziyyətin siyasi yolla həlli prosesinin davam etdirilməsi üçün oktyabrın sonunda Cenevrədə BMT-nin başçılığı ilə Konstitusiya Komitəsinin iclasının keçirilməsinə cəhd etmək barədə razılığa gəliblər.

Putin türk həmkarını yaxın günlərdə Rusiyaya işçi səfərə dəvət edib, Ərdoğan təklifi qəbul edib.

Xatırladaq ki, oktyabrın 9-da Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə bir neçə gündür Suriyanın şimalında "Sülh Bulağı" antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaradılmasına nail olmaqdır. Bu günə qədər Suriyanın şimalında keçirilən əməliyyat zamanı 673 terrorçu zərərsizləşdirilib.

Xəbər lenti
0