BAKI, 17 oktyabr - Sputnik. Birləşmiş Ştatların rəhbərlik etdiyi koalisiya geri çəkilmə zamanı Suriyada qalan silah anbarını məhv edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə öz “Twitter” səhifəsində koalisiyanın polkovniki Mayls Keqqins bildirib.
“Oktyabrın 16-sı bütün şəxsi heyət və taktiki avadanlıqlar çıxarıldıqdan sonra koalisiyaya məxsus iki ədəd “F-15” qırıcısı əvvəlcədən hazırlanan plana əsasən sursat anbarını məhv etmək və obyektin hərbi məqsədlər üçün istifadəsinin qarşısını almaq üçün Lafarja sement zavoduna uğurlu aviazərbələr endirib”, - deyə Keqqins öz səhifəsində yazıb.
On Oct. 16, after all #Coalition personnel and essential tactical equipment departed, two Coalition F-15Es successfully conducted a pre-planned precision airstrike at the Lafarge Cement Factory to destroy an ammunition cache and reduce the facility’s military usefulness.
— OIR Spokesman Col. Myles B. Caggins III (@OIRSpox) October 16, 2019
Xatırladaq ki, oktyabrın 9-da Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə bir neçə gündür Suriyanın şimalında "Sülh Bulağı" antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaradılmasına nail olmaqdır. Bu günə qədər Suriyanın şimalında keçirilən əməliyyat zamanı 673 terrorçu zərərsizləşdirilib.