ABŞ istəyinə çatdı: Türkiyə 5 günlük atəşi dayandırdı

© REUTERS / MURAD SEZERTürkiyə tankları Suriya ilə sərhəd Şanlıurfa vilayətində, arxiv şəkli
Türkiyə tankları Suriya ilə sərhəd Şanlıurfa vilayətində, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ prezidenti Donald Tramp danışıqların nəticəsi bəlli olandan dərhal sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib. ABŞ prezidenti "Twitter"dəki səhifəsində Türkiyə rəhbərinə minnətdarlıq ifadə edib.

BAKI, 18 oktyabr — Sputnik. "Türkiyə Suriyada keçirdiyi hərbi əməliyyatı 120 saatlıq dayandıracaq".

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ-ın vitse-prezidenti Mayk Pens  - Sputnik Azərbaycan
Ərdoğan Penslə bir arada: Bir saat qırx dəqiqə çəkən görüş...

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Maykl Pens Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra deyib.

O, bildirib ki, ABŞ və Türkiyə Suriyanın şimalında atəşkəsin əldə olunması məsələsində razılığa gəliblər.

Pens bəyan edib ki, YPG 5 gün ərzində təhlükəsiz bölgədən geri çəkiləcək. ABŞ terrorçularının Türkiyənin Suriyada əməliyyat zonasından çıxarılmasına kömək edəcək.

ABŞ prezidenti Donald Tramp danışıqların nəticəsi bəlli olandan dərhal sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib. ABŞ prezidenti "Twitter"dəki səhifəsində Türkiyə rəhbərinə minnətdarlıq ifadə edib.

Bundan başqa, o, ABŞ-ın Türkiyəyə qarşı yeni sanksiyalarına ehtiyac olmadığını deyib. Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı “dost” adlandırıb.

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu isə bəyanatla çıxış edərək, razılaşmanın atəşkəs olmadığını bildirib: “Bu, atəşkəs deyil, biz atəşə ara verdik. “Sülh bulağı” əməliyyatı 120 saatlıq müvəqqəti olaraq dayandırılacaq, terrorçular tamamilə ərazidən çəkilərsə, o zaman Fəratın şərqində tamamilə atəşkəs olacaq və bu halda mövcud sanksiyalar da aradan qaldırılacaq”.

ABŞ-ın vitse-prezidenti Mayk Pens - Sputnik Azərbaycan
Pens və Pomeo təcili Türkiyəyə gəlirlər – Atəşkəs tələb edəcəklər

Çavuşoğlu deyib ki, Suriya ərazisində təhlükəsiz bölgə yaradılması ilə bağlı ABŞ-la razılaşma əldə olunub, amma 440 kilometr ərazidə bu bölgənin qurulması üçün oktyabrın 22-də Soçidə Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında bu məsələ danışılacaq: “Əsas məqsəd Fəratın qərbindən İraq sərhədinədək olan ərazidə heç bir terrorçunun qalmamasıdır və biz bu məqsədimizə nail olacağıq. Bu bölgədən ABŞ hərbçiləri çəkiləcək və şərtlərimiz daxilində terrorçular bütün silah-sursatlarını ərazidə qoyub getməlidir. Bu halda biz atəşkəs elan edəcəyik”.

Xəbər lenti
0