SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ekspert Türk Şurasının fəaliyyət istiqamətlərindən danışır

© REPORTFərid Şəfiyev
Fərid Şəfiyev - Sputnik Azərbaycan
Abunə olmaq
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev deyir ki, xarici siyasət və regional təhlükəsizlik sahəsindəki əməkdaşlıq da təşkilatın ideoloji konsepsiyasının mərkəzində dayanır
Fərid Şəfiyev: “Təşkilatın əsas məqsədi inteqrasiya prosesidir”

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) inteqrasiya təşkilatıdır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev Naxçıvan sazişinin imzalanmasının 10 illiyi ilə əlaqədar Bakıda keçirilən konfransda deyib.

“Bizi ortaq tarix, mədəniyyət və ortaq dil birləşdirir. Təşkilatın əsas məqsədi inteqrasiya prosesidir. Buna görə təşkilat siyasi və iqtisadi əməkdaşlıqdan əlavə, mədəni əlaqələrə də böyük diqqət ayırır. Xarici siyasət və regional təhlükəsizlik sahəsindəki əməkdaşlıq da təşkilatın ideoloji konsepsiyasının mərkəzində dayanır”, – deyə o bildirib.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) türk dünyası ölkələri arasında dialoq və əməkdaşlığı təşviq etmək üçün yaradılan beynəlxalq platformadır. Şura 2009-cu il oktyabrın 3-də Naxçıvanda keçirilən sammitdə yaradılıb. Onun fəaliyyət prinsipləri 16 sentyabr 2010-cu il tarixli İstanbul Bəyannaməsində əksini tapıb. İlk mərhələdə Türk Şurasına Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan daxil olub. Bu il Özbəkistan da Türk Şurasına qoşulub.

Fərid Şəfiyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0