İspaniya AVRO-ya gedir, İsveçrə şanslarını artırdı

© Powered by UEFA.com ©AFP/Getty ImagesНападающий сборной Испании Родриго
Нападающий сборной Испании Родриго - Sputnik Azərbaycan
Abunə olmaq
İspaniya futbolçuları 92-ci dəqiqədə həlledici qolu vurublar, İsveçrə və Finlandiya milli komandaları isə vacib qələbələr qazanıblar.

İspaniya final mərhələsinə keçib

İsveçrə İrlandiyanı məğlub edib və şanslarını artırıb

İtaliya səkkiz oyunda səkkizinci qələbəsini qazanıb

Matçlar, qruplarda vəziyyət; şanslar

AVRO-2020-nin pley-off matçlarına kim çıxır

“D” qrupu

İsveçrə - İrlandiya 2:0

İrlandiya gecəni AVRO-ya çıxmaqla başa vura bilərdi. Əvəzində isə üçüncü yerdə olan İsveçrə irlandlardan və danimarkalılardan fərqi bir xala endirib. 16-cı dəqiqədə Haris Seferoviç hesabı açıb və sonda Edimilson Fernandes ikinci qolu vurub. İkinci hissədə Şeymus Koulman ikinci sarı karta görə oyundan çıxarılıb, lakin qapıçı Darren Rendolf Rikardo Rodrigesin penaltisini dəf edib. İrlandlar birbaşa rəqiblərindən bir matç çox oynayıblar.

Cəbəllütariq - Gürcüstan 2:3

Georgi Kvilitaianın sonda vurduğu qol Cəbəllütariqi seçmə mərhələdə ilk xallarından məhrum edib. Meydan sahibləri 0:2 hesabı ilə geridə olsalar da təəccüblü şəkildə iki qolun əvəzini çıxıblar. Georgi Xaraişvili və Caba Kankavanın qollarından sonra gürcülərin asanlıqla qalib gələcəyi düşünülürdü. Lakin ikinci hissədə Cəbəllütariq Li Kaşaro və Roy Çipolinanın sayəsində cavab qollarını vura bilib.

“F” qrupu

İsveç – İspaniya 1:1

İspaniya əvəzləmədən oyuna daxil olmuş Rodriqonun qolu sayəsində AVRO-ya çıxıb. “Valensiya”nın hücumçusu 92-ci dəqiqədə Fabian Ruisin ötürməsini qola çevirib və komandasına finala yüksəlmək üçün lazım olan xalı gətirib. İsveçlilər uzun müddət “Krasnodar”ın hücumçusu Markus Berqin qolu sayəsində hesabda öndə idilər. İndi isə onları cəmi bir xal geridə qalan Rumıniya ilə çətin matç gözləyir.

Rumıniya – Norveç 1:1

Əlavə olunmuş vaxtda hesabı bərabərləşdirmiş Aleksandr Sörlotun qolu Rumıniya komandasının AVRO-ya keçmək ümidlərinə ağır zərbə endirib. Norveçlilər əvvəldən topa daha çox nəzarət etsələr də, rumınların hücumları daha kəskin alınıb. İkinci hissənin əvvəlində Rune Yarsten Corce Puşkaşın penalti zərbəsini dəf edib, lakin Aleksandru Yonuts Mitritsa qayıdan topa zərbəni birinci vurub. Sörlotun qolunadək rumınların qələbəyə inanmaq haqqı var idi.

Farer adaları - Malta 1:0

Roqvi Baldvinssonun ikinci hissədə vurduğu qol Farer adaları komandasına 12 ardıcıl qələbəsiz matç seriyasını qırmağa imkan verib. Farerlilər qrupda ilk üç xallarını qazanıblar, Malta isə ardıcıl yeddinci məğlubiyyətinə uğrayıb.

“G” qrupu

İsrail - Latviya 3:1

Munas Dabbur dubla imza atıb, Eran Zahavi isə seçmə mərhələdə 11-ci qolunu vurub. Bunun sayəsində İsrail final mərhələsinə çıxmaq üçün az da olsa şansını qoruyub saxlayır. Meydan sahibləri Beerşebada üstünlüyə malik idilər və Latviya yığmasının qapıçısı Pavel Şteynbor olmasaydı daha da çox qol vuracaqdılar. Vladimir Kameş latışların 583 dəqiqə davam etmiş qolsuz seriyasını kəsə bilib, lakin bu qonaqlar üçün kiçik bir təsəlli olub.

“J” qrupu

Lixtenşteyn - İtaliya 0:5

İtaliya komandası ardıcıl səkkizinci qələbəsini qazanıb və seçmə mərhələdə xal itirmədən yolunu davam   etdirib. Federiko Bernardeskinin sürətli qolu qonaqlara qələbə üçün ilk addım atmağa imkan verib. Lixtenşteyn yığmasının şansları olsa da, Roberto Mançininin komandası inamlı qələbə qazanıb. Fasilədən sonra Andrea Belotti dubla imza atıb, Stefan El-Şaaravi və Alessio Romanyoli isə hərəsi bir qol vurublar.

Yunanıstan - Bosniya və Herseqovina 2:1

Bosniya və Herseqovinanın final mərhələsinə birbaşa çıxışı Yunanıstandakı məğlubiyyətdən sonra sual altına düşüb. Vangelis Pavlidis 30-cu dəqiqədə hesabı açıb, Amer Qoyak beş dəqiqə sonra hesabı bərabərləşdirib, amma sonda meydan sahibləri Adnan Kovaçeviçin avtoqolu sayəsində qələbə qazanıblar.

Finlandiya - Ermənistan 3:0

Fredrik Yensen 31-ci dəqiqədə qapıçı Aram Ayrapetyanın səhvi nəticəsində hesabı açıb. Yaxşı formada olan hücumçu Teemu Pukki fasilədən sonra Yoel Pohyanpalo və Rasmus Şüllerin ötürmələri ilə daha iki qol vurub.

Xəbər lenti
0