CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Elina Hacıyevanın direktoruna cəza istənildi

© Sputnik / Irade JELILElina Hacıyevanın anım mərasimi
Elina Hacıyevanın anım mərasimi - Sputnik Azərbaycan
Abunə olmaq
Prokuror çıxışında Sevinc Abbasovanın ev dustaqlığı müddəti nəzər alınmaqla 2 il 6 ay müddətinə azadlığının məhdudlaşdırılmasını istəyib

BAKI, 16 oktyabr — Sputnik. Səbail rayon Məhkəməsində Elina Hacıyevanın ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın cinayət işi üzrə məhkəməsi davam etdirilib.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında S. Abbasovanın ev dustaqlığı müddəti nəzər alınmaqla 2 il 6 ay müddətinə azadlığının məhdudlaşdırılmasını istəyib.

© oxu162 nömrəli tam orta məktəbin direktoru Abbasova Sevinc
Elina Hacıyevanın direktoruna cəza istənildi - Sputnik Azərbaycan
162 nömrəli tam orta məktəbin direktoru Abbasova Sevinc

S.Abbasova isə məhkəmədən sonra jurnalistlərə açıqlamasında prokurorun ona tələb etdiyi cəza ilə razılaşmadığını, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Proses oktyabrın 18-ə təyin edilib.

Qeyd edək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Daha sonra Cinayət Məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə açılan cinayət işinə xitam verilib.

Xəbər lenti
0