BAKI, 16 oktyabr — Sputnik. Kolumbiya polisi Rioneqro şəhərinin beynəlxalq hava limanında əlil arabasında 17 kiloqram kokain daşıyan 81 yaşlı qadını saxlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, məlumatı "RCN" radiostansiyası yayıb.
Polisin dediyinə görə, qadın İspaniyanın paytaxtına uçmağa hazırlaşırmış. Madriddə onu qohumlarının gözlədiyi güman edilir.
"Risaralda departamentindən olan yaşlı qadın saxlanılıb. Onun əlil arabasının metal konstruksiyasının içində 17 min qram kokain olub", - yerli polisin təmsilçisi deyib.
Polisin sözlərinə görə, bu artıq üçüncü dəfədir ki, psixotrop maddələri əlil arabasında aeroportdan keçirməyə cəhd göstərilir.