CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlik materialları Baş Prokurorluğa göndərdi

© Sputnik / Anar MustafaevАзербайджан, фото из архива
Азербайджан, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olan şikayət məktubunda Dövlət Nəzarət Təhükəsizlik Departamenti MMC-nin əməkdaşları tərəfindən sahibkarlıq subyektində əməyin

BAKI, 16 oktyabr — Sputnik. Son günlər sosial şəbəkələrdə və bəzi elektron media resurslarında Dövlət Nəzarət Təhükəsizlik Departamenti MMC-nin fəaliyyəti barədə məlumatlar yayılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu ilin iyul ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olan şikayət məktubunda Dövlət Nəzarət Təhükəsizlik Departamenti MMC-nin əməkdaşları tərəfindən sahibkarlıq subyektində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının yoxlanılaraq akt tərtib edildiyi bildirilib.

Həmçinin yoxlama həyata keçirən şəxslərin özlərini Azərbaycan Respublikasının Dövlət Nəzarət Təhlükəsizlik Departamentinin Bakı Regional Texniki Təhlükəsizlik İdarəsinin əməkdaşları olaraq təqdim etdikləri və xüsusi geyimdə olduqları qeyd edilib.

Şikayət əsasında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Vergilər Nazirliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq informasiya resurslarına istinad edilməklə aparılan ilkin araşdırma zamanı həmin MMC-nin "Dövlət-NTD" Məhdud Məsuliyyətli Cəmiyyət (VÖEN: 2901049511) adı altında dövlət qeydiyyatına alındığı müəyyən edilib.

Müraciətlə əlaqədar aparılan araşdırma zamanı aşkar olunan faktlar üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa təqdim olunub.

Xəbər lenti
0