CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xlorofos içən uşaqdan xəbər var

© Sputnik / Sergey Mamontov / Mediabanka keçidUşaq xəstəxanası, arxiv şəkli
Uşaq xəstəxanası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Səhiyyə Nazirliyi ötən gün xlorofos içərək zəhərlənən üç yaşlı uşağın son durumu ilə bağlı məlumat verdi

BAKI, 15 oktyabr — Sputnik. Xəbər verdiyimiz kimi, 2016-cı il təvəllüdlü Rəhimov Cəlal Cəlil oğlu evdə anasının mal-qaranı dezinfeksiya etmək üçün hazırladığı xlorofos məhlulunu içərək zəhərlənib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, hadisə ötən gün səhər saatlarında baş vermişdi. Təcili olaraq Bakıya, 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilən uşağın vəziyyəti ilə bağlı Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda onun səhhətində stabilləşməyə doğru irəliləyişin olduğu qeyd edilir.

Xəbər lenti
0