"Özbəkistan bölgədə ən əsas rollardan birini oynaya bilər" - Azərbaycan səfiri

© Photo : Ministry of Health of the Republic of TurkeyХазар Ибрагим, фото из архива
Хазар Ибрагим, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Biz Özbəkistanı təbrik edirik və ümid edirik bu bizə imkan yaradacaq ki, yalnız duyğular üzərində deyil, eyni zamanda praktik əməkdaşlığa da ölkələrin töhfəsi olsun"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 15 oktyabr - Sputnik. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, təbii ki, türkdilli dövlətləri birləşdirən bir qurumdur. Onun rolu da çoxşaxəlidir. Həm siyasi, həm də mədəniyyət sahəsində əməkdaşlıq var idi, indi isə hətta biznes sahəsində çoxlu işbirliyi var.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyətli səfiri Xəzər İbrahim bildirib.

O vurğulayıb ki, nə qədər çox ölkə bu təşkilata qoşulsa və nə qədər çox işbirliyi olsa bu, təbii ki, bir o qədər Azərbaycanın da maraqlarına töhfə verir:

“Özbəkistanın qoşulması, təbii ki, çoxdan gözlənilən və çox gözəl bir hadisədir. Çünki Özbəkistanın böyük bir tarixi var. Onun yalnız bölgədə deyil, eyni zamanda bütün türk dünyasının mədəniyyət aləmində, tarixində rolu çox böyükdür. Ona görə də Özbəkistanın təşkilata qoşulması bütün türk dünyası üçün böyük bir hadisədir. Biz Özbəkistanı təbrik edirik və ümid edirik bu bizə imkan yaradacaq ki, yalnız duyğular üzərində deyil, eyni zamanda praktik əməkdaşlığa da ölkələrin töhfəsi olsun. Çünki Türk Şurasının müxtəlif tranzit, müxtəlif turizm layihələri var ki, onlar Avropa ilə Asiyanı birləşdirir. Özbəkistan burada, bəlkə də, ən əsas rollardan birini oynaya bilər. Onun Səmərqənd, Xivə kimi tarixi şəhərləri, coğrafi yerləşməsi bu kimi sahələrə Özbəkistanın öz töhfəsini verməyinə xidmət edəcək”.

Azərbaycanın Türkiyədəki səfiri vurğulayıb ki, yalnız türkdilli ölkələr deyil, eyni zamanda Avropada yerləşən dövlətlər də artıq Türk Şurası ilə sıx əməkdaşlıq edir: "Burada Macarıstanın da müşahidəçi kimi olması çox böyük, əlamətdar bir hadisədir. Bu da yenə əməkdaşlığın yalnız duyğular üzərində qalmamasını şərtləndirir, praktiki əməkdaşlığa böyük töhfə verir. Yenə də həm turizm, nəqliyyat, biznes və iqtisadiyyatın digər sahələrində, həmçinin, təbii ki, siyasi sahədə əməkdaşlığa töhfə verir. Çünki bu, türk dünyasının eyni zamanda Avropa coğrafiyasında da olmasına bir işarədir”.

Xəbər lenti
0