Onlarda uçmaq təhlükəlidir - "F-35"-lər yararsız çıxır

© AFP 2024 / JACK GUEZ"F-35" təyyarəsi
F-35 təyyarəsi - Sputnik Azərbaycan
Abunə olmaq
"F-35" təyyarələrindən Rusiyaya məxsus sualtı qayıqların "ovunda", eləcə də ölkə sərhədləri yaxınlığında Rusiya hərbi təyyarələrinin müşayiət olunmasında istifadə etmək niyyətindədirlər

BAKI, 15 oktyabr — Sputnik. Norveç hərbi hava qüvvələri beşinci nəsil "F-35A Lightning II" qırıcılarının istifadəsində çətinliklərlə üzləşib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, məlumatı "Defense News" nəşri yayıb. Bildirilir ki, sözügedən qırıcıların Rusiyanın "qarşısını almaq üçün" istifadə edilməsi nəzərdə tutulub.

Patriot raket sistemi - Sputnik Azərbaycan
Rusiyadan öldürücü bəyanat: "S-400"lər "F-35"lərin işini poza bilər

Məlumata görə, təyyarənin əyləc paraşütü kifayət qədər etibarlı deyil və onun təkmilləşdirilməsi tələb olunur.

Tələblərə əsasən, paraşüt açılarkən 10 min haldan yalnız birində fövqəladə vəziyyətin baş verməsinə icazə verilir. Hazırda isə bu tələb yerinə yetirilmir.

Qeyd olunur ki, Norveç "F-35" təyyarələrini Rusiyaya məxsus sualtı qayıqların "ovunda", eləcə də ölkə sərhədləri yaxınlığında Rusiya hərbi təyyarələrinin müşayiət olunmasında istifadə etmək niyyətindədir.

"F-22 Raptor" təyyarəsindən sonra "F-35 Lightning II" beşinci nəslə aid olan ikinci təyyarə modelidir. Hər iki qırıcı "Lockheed Martin" şirkəti tərəfindən layihələndirilib.

Bu qırıcılar mütəmadi olaraq yüksək qiyməti və müxtəlif texniki nasazlıqlarına görə tənqid olunurlar. Belə ki, oktyabrda "F-35" pilotlarında oksigen aclığının simptomları müşahidə olunub. Noyabrda isə Pentaqon "F-35" təyyarələrin korpusunda yaranmış pas səbəbindən ordunun bu qırıcılarla təchizatını 30 gün müddətinə dayandırıb.

Xəbər lenti
0