Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

"Orkestr adam" – Mingəçevir sakini unikal musiqi aləti yaradıb

Abunə olmaq
Kim deyir ki, bütün musiqi alətlərində çalmaq olmaz? 61 yaşlı mingəçevirli musiqi müəllimi də belə düşünüb və unikal elektron qarmon yaradıb. Alətin necə işlədiyini isə Sputnik Azərbaycan-ın videosunda izləyin.

Mingəçevir sakini Qurban Məmmədov bu cür qarmonun yaradılması üzərində 3 ay ərzində hər gün 5-6 saat işləyib. Amma bunu ərsəyə gətirməzdən öncə planlaşdırma mərhələsinə də ən azı 2 il vaxtı gedib. O, öz ixtirası vasitəsilə 940 müxtəlif səs və musiqi alətini əvəz edib.

“Dünyada bu alətin analoqu yoxdur. Bunun həm ixtiraçısı, həm də yaradıcısı özüməm. Bir sintezator, bir də mən. Bircə oxuyan da olsaydı, orkestr hazır olardı”, - deyə mingəçevirli musiqiçi bizimlə bölüşüb.

O, öz ixtirasını patentləşdirməyə ehtiyac duymur, belə ki, kiminsə bu cür formatda ikinci musiqi alətini hazırlamağa qadir olduğuna inanmır.

Xəbər lenti
0