CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İşdən çıxarılan məktəb direktorlarının sayı açıqlandı

© Sputnik Anton UnitsyinПустые парты в школе, фото из архива
Пустые парты в школе, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dörd direktorla bağlanmış əmək müqavilələri onların işdə yol verdikləri nöqsanlarla əlaqədar ləğv edilib

BAKI, 15 oktyabr — Sputnik. Yeni tədris ilində Bakıdakı 10 məktəbin direktoru ilə (93, 25, 29, 70, 107, 221, 260, 301, 194 və 116) əmək münasibətlərinə xitam verilib.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda deyib. O bildirib ki, 2019-2020-ci tədris ili ərəfəsində Təhsil Nazirliyi tərəfindən vəzifədə olmanın son yaş hədinə çatmış 27 direktorla (1, 10, 14, 20, 27, 52, 96, 122, 130, 135, 157, 160, 203, 204, 217, 223, 229, 239, 256, 264, 267, 269, 271, 278, 322, 103 və 268) müqavilənin müddəti cari tədris ili çərçivəsində uzadılıb. BŞTİ müdiri qeyd edib ki, Təhsil Nazirliyindən daxil olmuş müvafiq əmrlərə əsasən, 2018-2019-cu tədris ilində və yeni dərs ili ərəfəsində 29 məktəbə (97, 38, 175, 212, 144, 248, 28, 150, 169, 184, 219, 220, 235, 250, 306, 293, 327, 301, 75, 90, 107, 128, 307, 162, 29, 260, 221, 26, 123) direktor vəzifəsinə yeni təyinat olub. O əlavə edib ki, həmin müddətdə 13 məktəb direktorunun iş yeri dəyişdirilib: "111 nəfər məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb; 4 direktorla (192, 71, 162, 123) bağlanmış əmək müqaviləsi (öz ərizəsi əsasında, işdə yol verdiyi nöqsanlarla əlaqədar və s.) ləğv edilib".

R.Tağıyev vurğulayıb ki, İdarənin tabeliyindəki müəssisələrdə fəaliyyətin yaş həddinə çatmış 1572 işçidən 995 nəfərlə dərs ilinin sonunadək müddətli müqavilənin bağlanması məqsədəuyğun hesab edilib.

Xəbər lenti
0