SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ərdoğan Bakıda Suriyadakı əməliyyatdan danışdı – Böyük bir ərazini işğaldan azad etmişik

© REUTERS / Djordje KojadinovicTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"İlk mərhələdə 1 milyondan və daha sonra 2 milyon suriyalı qaçqının öz evlərinə öz istəkləri ilə qayıtmasını təmin edəcəyik"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 15 oktyabr — Sputnik. "Günümüzdə bölgəmizdə sülhə, əmin-amanlığa ən böyük təhdid terror təşilatlarıdır. PKK, YPG, İŞİD, FETÖ kimi şər şəbəkələrinin varlığı təhlükəsizlik sahəsində işbirliyimizin səviyyəsini artırıb". Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammitində çıxış edərkən deyib.

ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli - Sputnik Azərbaycan
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı

O vurğulayıb ki, Suriyada son 8 ildə yaşananlar bir terror təşkilatı vasitəsilə digər terror təşkilatına qalib gəlməyin mümkün olmadığını göstərib: "Ölkə olaraq PKK YPG-yə qarşı oktyabrın 9-da çox önəmli addım atdıq. "Sülh bulağı" adlı əməliyyatın iki məqsədi var. Onlardan birincisi, Suriyanın şimalında PKK, YPG qaynaqlı terror təhdidinin tamamilə aradan qaldırılmasıdır. Hərəkatın ikinci qayəsi isə 8 ildir qonaq etdiyimiz 3 milyon 650 min suriyalı ərəbin öz vətənlərinə dinc yolla dönə bilməməsidir. Hazırda 350 min kürdü ölkəmizdə qonaq edirik. Bu gün "Sülh bulağı" əməliyyatının 7-ci günündəyik. BMT-nin 74-cü Baş Assambleyasında bütün dünya ilə Suriyanın şimalında təhlükəsizlik zonasına dair bölüşdüyümüz plana uyğun olaraq, əməliyyatımız uğurla davam etməkdədir".

Rəcəb Tayyib Ərdoğan bu gün səhərə olan məlumata görə, Suriyanın şimalında 1000 kvadrat kilometrə qədər olan ərazini bölücü terror təşkilatının işğalından xilas etdiklərini açıqlayıb. Onun sözlərinə görə, qısa zaman içində Menbicdən İraq sərhədlərinə qədər ərazini güvənli vəziyyətə gətirib: "İlk mərhələdə 1 milyondan və daha sonra 2 milyon suriyalı qaçqının öz evlərinə öz istəkləri ilə qayıtmasını təmin edəcəyik.

Suriyanın şimalı sülh bulağı ilə yenidən yaşıllaşana, hədəflərimizə çatana qədər mübarizəmizi davam etdirəcəyik. Türkiyənin terrora qarşı apardığı haqlı mübarizəyə siz qardaş ölkələrdən güclü dəstək gözləyirik. Əməliyyat başlandıqdan bu günə qədər əməliyyata dəstək verən bütün ölkə liderlərinə təşəkkür edirəm.

300 milyonluq türk dünyasının bizimlə olduğunu bilirik. Eyni zamanda, FETÖ-yə qarşı mübarizədə bizə göstərdiyiniz dəstəyi davam etdirməyinizi xahiş edirəm. Türkdilli dövlətlərin milli mübarizələrdə bir-birinin yanında olması qardaşlıq vəzifəsidir".

Xəbər lenti
0