CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni iş yerləri açılacaq: Daha bir balıqartırma zavodu yenidən qurulur

© AP Photo / Armando FrancaBalıq zavodu, arxiv şəkli
Balıq zavodu, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Səhmdar cəmiyyətinə investisiyaların iki il ərzində yatırılması, görüləcək işlər nəticəsində 36 iş yerinin yaradılması planlaşdırılır

BAKI, 15 oktyabr — Sputnik. Azərbaycanda özəlləşdirmə nəticəsində daha bir balıqartırma müəssisəsi yenidən qurulacaq.

Əmlak Məsələləri Dövlət Komitəsi 30 iyul 2019-cu il tarixində "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na və "İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları"na uyğun olaraq "D.Yusifov adına Qəbələ Qızıl Balıqartırma Zavodu" ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan etmişdir.

Balıq, arxiv foto - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Süfrələrdə yemək üçün balıq tapılmır..."

Komitədən Sputnik Azərbaycan-a bildiriblər ki, aidiyyəti dövlət qurumlarının təmsil olunduğu müsabiqə komissiyası tərəfindən potensial iddiaçılar qarşısında maliyyə, iqtisadi, investisiya və sosial şərtlər qoyulmuşdur.

Əsas şərtlər müəssisəyə investisiya qoyuluşuna dair təkliflərin verilməsi, iş yerlərinin bərpası və yeni iş yerlərinin açılması, istehsalda müasir texnologiyaların tətbiqi, ekoloji tarazlığın qorunmasıdır.

Müsabiqədə iştirak etmək üçün iddiaçılar tərəfindən investisiya təklifləri təqdim olunub. Təkliflərə baxıldıqdan sonra komissiya üzvləri arasında açıq səsvermə yolu ilə "Azerbaijan Fish Farm" Məhdud Məsuliyyətli Cəmiyyəti "D.Yusifov adına Qəbələ Qızıl Balıqartırma Zavodu" ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilib.

Müsabiqə qalibi alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq dövlət büdcəsinə 1.2 milyon manat məbləğində vəsaitin köçürülməsini təmin edəcək. Eyni zamanda ümumi həcmi 1.1 milyon manat təşkil edən İnvestisiya Proqramının icrası, müəssisənin əmək haqqı və DSMF-yə olan borclarının ödənilməsi, eləcə də digər sosial-iqtisadi və ekoloji öhdəliklərin yerinə yetirilməsini şirkət öz üzərinə götürüb.

Mövsümü gəldi: Balıqdan zəhərlənməmək üçün bunlara nəzər yetirin>>

İnvestisiya Proqramına əsasən, qalib şirkət səhmdar cəmiyyətində hovuz və nohurların yenidənqurulması, əlavə nohurların inşası, su təchizatı sisteminin bərpası, yeni avadanlıqların alınmasını reallaşdıracaq. O cümlədən, investisiyalar dövriyyə vəsaitlərinin artırılması, bütün tikili və qurğuların, inzibati binanın əsaslı təmiri, abadlıq və digər işlərin görülməsinə cəlb ediləcək.

Qeyd edək ki, səhmdar cəmiyyətinə investisiyaların iki il ərzində yatırılması, görüləcək işlər nəticəsində 36 iş yerinin yaradılması planlaşdırılır. Müəssisənin yenidən qurulması və fəaliyyəti müxtəlif növdə balıqların yetişdirilməsinə şərait yaratmaqla yanaşı, yeyinti sənayesinin inkişafına və əhalinin bu məhsullara olan tələbatının ödənilməsinə xidmət edəcək.

Xəbər lenti
0