BAKI, 15 oktyabr — Sputnik. Bakının Yasamal rayonunda ağacın budağının aşması nəticəsində 3 nəfər xəsarət alıb.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə Hüseyn Cavid prospektində, metronun "Elmlər Akademiyası" stansiyasının qarşısında baş verib.
Ağacın aşması zamanı 1952-ci il təvəllüdlü Məmmədova Sərvinaz Əhməd qızı, 1980-ci il təvəllüdlü Leyla Abbasova və daha bir nəfər qadın (ad və soyadı hələlik məlum deyil) xəsarət alıblar. Hər üç yaralı dərhal 1 saylı Xəstəxanaya yerləşdirilib. Onlardan S.Məmmədovaya ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Digər iki nəfərin vəziyyəti orta ağırdır.
Hadisədən bir qədər sonra həmin ağacın daha bir iri budağı da sınaraq avtobus dayanacağının yanına düşüb. Nəticədə xəsarət alan olmayıb. Hadisə zamanı dayanacağa heç bir zərər dəyməyib.