CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rusiyanın xəstəlik yayan məşhur kolbasası Azərbaycana idxal edilirmi?

© Sputnik / Igor Zarembo / Mediabanka keçidПроизводство колбасы, фото из архива
Производство колбасы, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd edək ki, "Buterbrodnaya" əmtəə nişanlı kolbasa Rusiyanın "Ermolina" şirkəti tərəfindən istehsal olunur

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 15 oktyabr — Sputnik. Rusiyanın Kaluqa vilayətinin Borovski rayonunda yerləşən müəssisənin istehsal etdiyi kolbasada Afrika donuz qızdırması virusunun DNT-si tapılıb.

Hazırda kolbasanı istehsal edən müəssisə bağlanılıb. Hazırda mütəxəssislər "Buterbrodnaya" kolbasa istehsalında istifadə edilən yoluxmuş ətin haradan alındığını araşdırırlar. Nümunələr Federal Tədqiqat Viroloji və Mikrobiologiya Mərkəzinə göndərilib.

Qeyd edək ki, Rusiyadan Azərbaycana ət və ət məhsulları idxal edilir. Azərbaycan bazarında xüsusilə Rusiya istehsalı olan kolbasaların çeşidləri genişdir. Bəs görəsən, Afrika donuz vəbası virusu aşkarlanan "Buterbrodnaya" kolbasasından ölkəmizə idxal edilirmi?

Sputnik Azərbaycan bu sorğu ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə müraciət edib. Agentlikdən Sputnik Azərbaycana bildiriblər ki, sorğuya müvafiq olaraq araşdırma aparılıb: "Qeyd ediyiniz sorğu ilə bağlı tərəfimizdən aparılan araşdırılmalar nəticəsində məlum oldu ki, "Buterbrodnaya" əmtəə nişanlı kolbasa Rusiyanın "Ermolina" şirkəti tərəfindən istehsal olunur. Bu şirkətin istehsalı olan məhsullar Agentliyin fəaliyyəti dövründə ölkəmizə idxal olunmamışdır".

Xəbər lenti
0