Ukrayna AVRO-da, Fransanı isə Türkiyə ləngitdi

© Powered by UEFA.com ©AFP/Getty ImagesФутболисты сборной Украины
Футболисты сборной Украины - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya, Belçika, Polşa və İtaliya millilərindən sonra Ukrayna komandası da Avropa çempionatının finalının iştirakçısı olub.

- Ukrayna komandası AVRO-2020-nin beşinci iştirakçısı və bazar ertəsi oyunlarının nəticələrinə görə vəsiqə qazanan yeganə milli olub.

- Portuqaliya üzərində qələbə Ukraynanı AVRO-ya aparır

- Türkiyə Fransa ilə matçın sonunda hesabı bərabərləşdirib

- İngiltərə Sofiyada 6 qol vurub

- Nəticələr; turnirdə vəziyyət

- Qruplardakı vəziyyət; pley-offa kim çıxır

“A” qrupu

Bolqarıstan - İngiltərə 0:6

İngiltərə komandası Sofiyada bolqarları darmadağın edib və indi AVRO-ya getmək üçün ona yalnız bir xal lazımdır. Görüşün əvvəlində hesabı Markus Reşford açıb, bundan sonra Ross Barkli və Rahim Sterlinq dubl ediblər. Matçda nöqtəni Harri Keyn qoyub.

Kosovo – Monteneqro 2:0

“B” qrupu

Ukrayna - Portuqaliya 2:1

Andrey Şevçenkonun komandası vaxtından əvvəl qrupda birinci yeri və onunla birlikdə AVRO-2020-yə vəsiqəni qazanıb. Meydan sahibləri qarşılaşmaya çox yaxşı başlayıblar. Hesabı Roman Yaremçuk açıb, 20 dəqiqə sonra isə Andrey Yarmolenko fərqlənib. Taras Stepanenkonun kənarlaşdırılmasından və təyin olunmuş penaltidən sonra portuqaliyalılar bir qol vurublar (Kriştianu Ronaldu karyerası ərzində 700-cü qolunu vurub), amma onların bundan artığına gücləri çatmayıb. Nəticədə, hazırkı Avropa çempionları ilə serblər arasındakı fərq bir xala enib.

Litva - Serbiya 1:2

Serbiya üçün matçın sonu əsəbi alınıb, amma serblər yenə də Vilnüsdən üç xalla qayıdıblar. Aleksandar Mitroviç ikinci hissənin əvvəlində Adem Lyayiçin ötürmələrindən sonra ardıcıl iki qol vurub. Donatas Kazlauskasın səyləri ilə litvalılar bir topun əvəzini çıxıblar və sonda tarazlığı bərpa etməyə çox yaxın olublar. Serbiya hələ də AVRO-ya çıxmaq üçün iddialıdır.

“H” qrupu

Fransa - Türkiyə 1:1

Fransa və Türkiyə ən güclünü müəyyənləşdirməyiblər və “H” qrupunun başında bərabər sayda xalla (19) qalıblar. İslandiya bu liderlərin duetindən dörd xal geridədir. Qonaqlar müdafiə oyunu nümayiş etdiriblər və “üçrənglilər” uzun müddət hesabı aça bilməyiblər. Nəticədə əvəzlənmədən oyuna daxil olmuş Olivye Jiru 72-ci dəqiqədə fərqlənib. Türklər tez bir zamanda hesabı bərabərləşdiriblər - Hakan Çalhanoğlunun ötürməsindən faydalanan müdafiəçi Kaan Ayhan qol vurub.

İslandiya - Andorra 2:0

Moldova - Albaniya 0:4

Albaniya milli komandası Kişinyovda meydan sahiblərinə şans buraxmayıb. Hesabı Sokol Çikaleşi açıb, sonra isə qapıçı Aleksey Koşelevin səhvindən sonra Keydi Bare fərqlənib. Üçüncü qolu iti bucaqdan Lorens Traşi vurub, Rey Manay isə Moldovanın darmadağınını tamamlayıb. Hər halda, Albaniya turniri öz qrupunda birinci və ya ikinci pillədə bitirə bilməyəcək.

Xəbər lenti
0