SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Nazarbayev türk dünyasına iki təklif verdi

© Official website of President of Azerbaijan RepublicQazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev
Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev - Sputnik Azərbaycan
Abunə olmaq
"Hesab edirəm ki, şuranı təşkilat səviyyəsinə qaldırmaq mümkündür. Bununla əlaqədar şuramızı Türk Ölkələrinin Təşkilatı adlandıra bilərik"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 15 oktyabr - Sputnik. Qazaxıstanın birinci Prezidenti-elbası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayev Şuranın adının Türk Ölkələrinin Təşkilatına dəyişdirilməsini təklif edib. Sputnik Azərbaycan xəbər verir ki, bu təklifi Nazarbayev Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) 7-ci sammiti zamanı səsləndirib.

“Mənim iki təklifim var. Birincisi,“Türk Baxışı 2040” proqramı hazırlansın. İkincisi, Türkdilli Ölkələr Şurasının adının Türk Ölkələrinin Təşkilatına dəyişdirilməsi. Hesab edirəm ki, şuranı təşkilat səviyyəsinə qaldırmaq mümkündür. Bununla əlaqədar şuramızı Türk Ölkələrinin Təşkilatı adlandıra bilərik”.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 2009-cu ildə yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə təşkilatının üzvləridir. Macarıstan isə müşahidəçidir.

Xəbər lenti
0