Математика - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycanda və xaricdə analıq məzuniyyəti

Abunə olmaq
Azərbaycanda və müxtəlif ölkələrdə analıq məzuniyyəti ilə bağlı daha ətraflı məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiz.

Azərbaycanda hamiləliyə və doğuşa görə məzuniyyət əmək qabiliyyətinin müvəqqəti itirilməsi əsasında verilir.

Hamiləliyə və doğuşa görə məzuniyyətin müddəti 126 təqvim günü təşkil edir (doğuşa qədər 70 təqvim günü, doğuşdan sonra 56 təqvim günü). Ağır doğuş, iki və daha artıq uşağın doğulması zamanı doğuşdan sonrakı məzuniyyətin müddəti 70 təqvim gününə qədər uzadılır.

Övladlığa uşaq götürən analara analoji olaraq 56 təqvim günü ərzində məzuniyyət verilir.

Analıq və doğuşa görə müavinətlər analıq məzuniyyəti zamanı ödənilir.

Dövlət müavinətləri aldığı əmək haqqının 100% -i səviyyəsində müəyyən edilir.

Azərbaycanda və müxtəlif ölkələrdə analıq məzuniyyəti ilə bağlı daha ətraflı məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiz.

Xəbər lenti
0