Avropa çempionatının final mərhələsində özlərinə yer təmin etmiş komandalar haqqında danışırıq.
FİNAL MƏRHƏLƏSİNİN PÜŞKATMASI: 30 NOYABR
20 yığma Avropa təsnfatı vasitəsilə final mərhələsinə çııxb. İştirakçıların tam tərkibi pley-off oyunlarının dörd qalibi bilindikdən sonra məlum olacaq. Daha öncə noyabrın 30-da keçiriləcək AVRO-nin qrup mərhələsinin püşkatmasındakı səbətlər məlum olub.
• Səbət 1: Belçika, İtaliya, İngiltərə, Almaniya, İspaniya, Ukrayna
• Səbət 2: Fransa, Polşa, İsveçrə, Xorvatiya, Niderland, Rusiya
• Səbət 3: Portuqaliya, Türkiyə, Danimarka, Avstriya, İsveç, Çexiya
• Səbət 4: Uels, Finlandiya, А pley-offunun qalibi, В pley-offunun qalibi, С pley-offunun qalibi, D pley-offunun qalibi
Səbət 1
BELÇİKA
I qrupundakı statistika: O10 Q10 H0 M0 VQ40 BQ3
Təsnifat mərhələsində ən çox qol vuran oyunçu: Romelu Lukaku (7)
AVRO-da ən yaxşı nəticə: ikinci yer (1980-cı il)
AVRO-2016-da nəticə: 1/4 final, Uelsdən 1:3 hesabı ilə məğlubiyyət
Məşqçi: Roberto Martines
Özünü İngiltərədə göstərmiş keçmiş ispaniyalı yarımmüdafiəçi. 2016-cı ildən Belçika komandasına rəhbərlik edir.
Həlledici oyunçu: Eden Azar
28 yaşına qədər bu texnikalı və sürətli pleymeyker milli komandada 100-dən çox matç keçirib. “Real Madrid”də çıxış edir. Qol şanslarının yaradılmasında və qolların vurulmasında eyni dərəcədə yaxşı oynayır.
Yüksələn ulduz: Yuri Tilemans
22 yaşlı Tilemans ulduzlar komandasında nisbətən gənc sayılır. “Lester”də oynayan bu futbolçu gözəl uzun məsafəli zərbələr vurur və kombinasiya oyununu bacarıqlı şəkildə aparır.
Bilirdinizmi?
FİFA-nın son reytinqində Belçika komandası birinci yeri tutur.
İTALİYA
J qrupundakı statistika: O10 Q10 H0 M0 VQ37 BQ4
Təsnifat mərhələsində ən çox qol vuran oyunçu: Andrea Belotti (4)
AVRO-da ən yaxşı nəticə: çempion (1968-ci il)
AVRO-2016-da nəticə: 1/4 final, penaltilərdə Almaniyaya məğlub olub
Məşqçi: Roberto Mançini
Öz nəslinin ən yaxşı oyunçulardan biri olub, amma millidə mükafatlar qazana bilməyib. Klub səviyyəsində uğurla İtaliyada, İngiltərədə və Türkiyədə çalışıb. “Zenit”də o qədər də uğurlu olmayan fəaliyyətindən sonra “skuadra adzurra”ya rəhbərlik etməyə başlayıb.
Həlledici oyunçu: Marko Verratti
Mançini kimi bu dayaq yarımmüdafiəçisi hələ ki “skaudra adzurra” ilə klub karyerasındakı eyni uğura imza atmayıb. “PSG”nin oyunlarında əla çıxış edir.
Yüksələn ulduz: Canluici Donnarumma
20 yaşı olan bu qapıçı artıq bir neçə ildir ən yüksək səviyyədə oynayan bir veterandır. Ancaq Donnarumma hələ də səy göstərməlidir, çünki onun gözləri qarşısında Canluici Buffonun nümunəsi durur.
Bilirdinizmi?
Lixtenşteynlə mart oyununda əldə edilmiş 6:0 hesabı İtaliya milli komandasının 57 ildə ilk belə nəticəsi olub. 1962-ci ildə “adzurra” eyni hesabla Türkiyəni məğlub edib.
İNGİLTƏRƏ
A qrupundakı statistika: O8 Q7 H0 M1 VQ37 BQ6
Təsnifat mərhələsində ən çox qol vuran oyunçu: Harri Keyn (11)
AVRO-da ən yaxşı nəticə: üçüncü yer (1968)
AVRO-2016-da nəticə: 1/8 final, İslandiyadan 1:2
Məşqçi: Qaret Sautgeyt
İngiltərə yığmasına uğurlu rəhbərliyinədək Sautgeyti tez-tez AVRO-96-nın yarımfinalındakı vurulmayan penalti ilə bağlı yada salırdılar.
Həlledici oyunçu: Rahim Sterlinq
Xosep Qvardiolanın "Mançester Siti"sində dribler-vingerdən bombardirə çevrilib. Yığmanın heyətində son on görüşdə Sterlinq doqquz qol vurub.
Yüksələn ulduz: Ceydon Sanço
Ueyn Runinin dövründən İngiltərədə bu qədər 19 yaşlı istedadlı oyunçu olmayıb.
Bilirsinizmi?
Çexlərdən oktyabr ayındakı məğlubiyyətədək ingilislər AVRO və dünya çempionatlarının seçmə mərhələlərində 43 oyun uduzmayıblar.
ALMANİYA
G qrupundakı statistika: O8 Q7 H0 M1 VQ30 BQ7
Təsnifat mərhələsində ən çox qol vuran oyunçu: Serj Qnabri (8)
AVRO-da ən yaxşı nəticə: çempion (1972, 1980, 1996)
AVRO-2016-da nəticə: 1/2 final, Fransadan 0:2
Məşqçi: Yoahim Löv
"Frayburq"un tarixində ən yaxşı bombardiri "bundestim"ə 2006-cı ildən başçılıq edir. 2014-cü ildə yığma ilə dünya çempionu olub.
Həlledici oyunçu: Toni Kroos
2014-cü ilin çempion heyətinin yenilənmiş millidə nadir veteranlarından biri. Müdafiədən hücuma keçəndə oyunu müəyyən edən möhtəşəm ötürmə ustası.
Yüksələn ulduz: Kay Havers
"Bayer"in xavbeki meydançanı əla görür və sərt pressinq zamanı özünü itirmir. Xətlər arasında olmağı sevir və bu, onu Lövün taktiki sxemlərində xüsusilə qiymətli birinə çevirir.
Bilirdinizmi?
AVRO-2020 Almaniya yığmasının dalbadal 26-cı iri turniri olacaq (dünya və Avropa çempionatları nəzərdə tutulur).
İSPANİYA
F qrupundakı statistika: O10 Q8 H2 M0 VQ31 BQ5
Təsnifat mərhələsində ən çox qol vuran oyunçular: Alvaro Morata, Serxio Ramos, Rodrigo (4)
AVRO-da ən yaxşı nəticə: çempion (1964-cü il, 2008-ci il, 2012-ci il)
AVRO-2016-da nəticə: 1/8 final, İtaliyadan 0:2 hesablı məğlubiyyət
Məşqçi: Robert Moreno
Luis Enrikenin köməkçisi olub. İyunda Enrikenin şəxsi səbəblərə görə komandadan ayrılmasından sonra milliyə rəhbərlik etməyə başlayıb.
Həlledici oyunçu: Serxio Ramos
İspaniya millisinin müdafiəsinin dirəyi, əsas penalti vuranı və ən çox qol vuran oyunçusudur.
Yüksələn ulduz: Fabian Ruis
İspaniyanın “pleymeyker konveyerinin” məhsulu. Yayda İspaniyanın gənclərin AVRO-sunda qələbəsinin səbəbkarlarından biri olub.
Bilirdinizmi?
Serxio Ramos milli komanda üçün keçirilmiş matçların sayına görə Avropa rekordçusudur. Norveçlə görüş onun üçün 168-ci oyun olub.
UKRAYNA
B qrupundakı statistika: O8 Q6 H2 M0 VQ17 BQ4
Təsnifat mərhələsində ən çox qol vuran oyunçular: Roman Yaremçuk (4)
AVRO-da ən yaxşı nəticə: qrup mərhələsi (2012-ci il, 2016-cı il)
AVRO-2016-da nəticə: qrup mərhələsi
Məşqçi: Andrey Şevçenko
Dövrümüzün ən yaxşı hücumçularından biri, “Milan”ın əfsanəsi, 2003-cü il Çempionlar Liqasının qalibi və 2004-cü ildə “Qızıl Top”un sahibi. 67 qolla Avropa kuboklarında beşinci ən çox qol vuran oyunçu.
Həlledici oyunçu: Andrey Yarmolenko
37 qolla hazırkı oyunçular arasında milli komandanın ən çox qol vuran oyunçusu (bütün tarix ərzində yalnız Şevçenko 48 qolla öndədir). Ağır zədədən sonra geri qayıdaraq yenidən parlaq oyun nümayiş etdirir.
Yüksələn ulduz: Viktor Tsıqankov
Hətta əsas komandada möhkəm yer tutmadan belə (Yarmolenko və Marlos sağ cinahda oynaya bilərlər) üç ən vacib qol ilə komanda üçün dəyərli olduğunu sübut edib.
Bilirdinizmi?
Bundan əvvəl, Ukrayna komandası heç vaxt birbaşa AVRO-ya çıxmayıb: 2012-ci ildə ölkə Polşa ilə birlikdə turnirə ev sahibliyi edib, 2016-cı ildə isə pley-offda Sloveniya səddini keçib.
Səbət 2
FRANSA
H qrupundakı statistika: O10 Q8 H1 M1 VQ25 BQ6
Təsnifat mərhələsində ən çox qol vuran oyunçu: Olivye Jiru (6)
AVRO-da ən yaxşı nəticə: çempion (1984, 2000)
AVRO-2016-da nəticə: final, Portuqaliyadan 0:1 (əlavə vaxtda)
Məşqçi: Didye Deşam
Qalib olduqları 1998-ci il dünya çempionatı və AVRO-2000-də Fransanın kapitanı olub. 2012-ci ildə yığmanın məşqçisi olub, 2018-də komandanı dünya çempionu edib. 2020-ci ildə onun Fransa yığması ilə daha bir "qızıl dubl" etmək şansı olacaq.
Həlledici oyunçu: Antuan Qrizmann
AVRO-2016-nın ən yaxşı oyunçusu və həmin turnitdə yığmanın ən yaxşı bombardiri. Bundan yuxarı nəyə nail olmaq olar? Lakin illərlə onun rolu daha da artıb. "Barselona"nın hücumçusu Fransa yığmasının meydançada və soyunub-geyinmə otağında lideridir.
Yüksələn ulduz: Kleman Lanqle
Yığmada debütünü 2019-cu ilin iyununda edib və komandaya tez uyğnlaşıb. "Barselona"ya adaptasiyası da çox asan olub. Deşamın komandasında Rafel Varanla mərkəz müdafiəçilərinin əsas cütlüyünü təşkil edir.
Bilirdinizmi?
Fransızlar dalbadal 13-cü iri beynəlxalq turnirdə oynayacaqlar. Onlar AVRO-96-dan etibarən heç bir Avropa və dünya çempionatını buraxmayıblar. Bu dövr ərzində beş finalda oynayıblar və onlardan üçündə qalib olublar.
POLŞA
“G” qrupundakı statistika: O8 Q6 H1 M1 VQ13 BQ2
Təsnifat mərhələsində ən çox qol vuran oyunçu: Robert Levandovski (5)
AVRO-da ən yaxşı nəticə: 1/4 final
AVRO-2016-da nəticə: 1/4 final (penaltilərdə Portuqaliyaya məğlub olub)
Məşqçi: Yeji Bjençek
Keçmiş yarımmüdafiəçi və 1992-ci il Olimpiadasının gümüş mükafatçısı. Məşqçi kimi əvvəllər “Katovitse” və Plotskun “Visla” komandalarına rəhbərlik edib, 2018-ci ilin iyulunda isə milli komandaya rəhbərlik etməyə başlayıb.
Həlledici oyunçu: Robert Levandovski
Milli komandanın tarixində ən məhsuldar oyunçu və keçirdiyi matçların sayına görə rekordçudur. “Bavariya”nın hücumçusu yenə də dünya futbolunun ən güclü doqquz nömrələrindən biri olaraq qalır. Bunun daha bir sübutu Latviya ilə son səfər matçındakı onun etdiyi het-trikdir.
Yüksələn ulduz: Kşiştof Pentek
Ötən mövsüm “Milan”ın hücumçusu “Seriya A”da 22 qola imza atıb. O, bunlardan 13-nü keçmiş klubu “Cenoa”nın heyətində vurub. Pentek milli komanda karyerasına ilk yeddi oyunda dörd qol vurmaqla başlayıb.
Bilirdinizmi?
Baş məşqçi Bjençek Polşa millisinin veteran yarımmüdafiəçisi Yakub Blaşikovskinin dayısıdır.
İSVEÇRƏ
D qrupundakı statistika: O8 Q5 H2 M1 VQ19 BQ6
Təsnifat mərhələsində ən çox qol vuran oyunçu: Sedrik İtten (3)
AVRO-da ən yaxşı nəticə: 1/8 final (2016l)
AVRO-2016-da nəticə: 1/8 final, Polşadan penaltilərlə məğlubiyyət
Məşqçi: Vladimir Petkoviç
Sarayevonun yetirməsi 1997-ci ildən İsveçrədə yaşayır və yığmaya 2014-cü ildən rəhbərlik etməyə başlayıb. Onun rəhbərliyi altında komanda həmişə iri turnirlərin final mərhələsinə vəsiqə qazanıb.
Həlledici oyunçu: Qranit Caka
"Arsenal"ın yarımmüdafiəçisi meydançanı əla görür və top almaqda mahirdir. Caka yaöışqan kimi komandanı birləşdirir. Danimarkalılarla ev oyununda İsveçrə 3:0 irəlidə idi və Petkoviç 79-cu dəqiqədə öz kapitanını dəyişdi. O meydançada olmayabda meydan sahibləri üç top buraxdılar - 3:3.
Yüksələn ulduz: Brel Embolo
Bir sıra zədələrdən 22 yaşlı hücumçu tədricən Mönhenqladbax "Borussiya"sında özünü toplayır. Güclü, universal və çox sürətli Embolo istənilən müdafiə üçün baş ağrısıdır.
Bilirdinizmi?
Petkoviçin dövründə isveçrəlilər həmişə bütün turnirlərdə (DÇ-2014, AVRO-2016, DÇ-2018 və UEFA Millətlər Liqası) qrupdan çıxıblar, lakin pley-offda heç bir oyunu uda bilməyiblər.
XORVATİYA
G qrupundakı statistika: O8 Q5 H2 M1 VQ17 BQ7
Təsnifat mərhələsində ən çox qol vuran oyunçu: Bruno Petkoviç (4)
AVRO-da ən yaxşı nəticə: 1/4 final (1996, 2008)
AVRO-2016-da nəticə: 1/8 final, Portuqaliyadan 0:1 (əlavə vaxtda)
Məşqçi: Zlatko Daliç
Keçmiş yarımmüdafiəçi heç vaxt yığmanın heyətində oynamayıb. 2017-ci baş məşqçi postunda Aante Çaçiçi əvəz edib və xorvatları dünya çempionatının finalına çıxarıb.
Həlledici oyunçu: Luka Modriç
2018-ci ildə "Qızıl top"u almış Modriç yığmanın heyətində 120-dən çox oyun keçirib. Kapitan kimi meydançaya daxil olan oyunçu öz mahir ötürmələri və vaxtında yer seçməyi ilə meydanın mərkəzində oyunun tempini diktə edir.
Yüksələn ulduz: Tin Edvay
Hazırda "Bayer"in gənc müdafiəçisi "Auqsburq"da icarədədir. O, ötən ilin noyabrında dubl edərək xorvatlara UEFA Millətlər Liqasında İspaniya üzərində 3:2 hesablı qələbə qazanmağa kömək etdikdən sonra populyar olub.
Bilirdinizmi?
1994-1999-cu illər ərzində Xorvatiya FİFA reytinqində 125-ci yerdən üçüncü yerə qalxıb.
NİDERLAND
G qrupundakı statistika: O8 Q6 H1 M1 VQ24 BQ7
Təsnifat mərhələsində ən çox qol vuran oyunçu: Corcinio Veynaldum (8)
AVRO-da ən yaxşı nəticə: çempion (1988)
AVRO-2016-da nəticə: iştirak etməyib
Məşqçi: Ronald Kuman
1988-ci ilin Avropa çempionu parlaq oyunçu karyerasına malikdir. 2018-ci ilin fevralından Niderland yığmasına rəhbərlik edir. Onun başçılığı altında milli komanda qorxunc qüvvəyə çevrilib.
Həlledici oyunçu: Memfis Depay
Narıncıların çoxlu sayda ulduz oyunçuları var, lakin hücumda əsas fiqur "Lion"un hücumçusudur. Güclü forvard demək olar ki, yorulmur və sağ ayaqla ölümcül zərbəyə malikdir.
Yüksələn ulduz: Donni van de Beek
"Ayaks"ın 22 yaşlı yarımmüdafiəçisi özündə Amsterdam klubunun akademiyasında öyrədilənlərin ən yaxşılarını birləşdirib. Topla əla işləyir, gözəl ötürmə edir, meydançanı yaxşı görür və sürətlə rəqibin cərimə meydançasına daxil olmaq üçün məqamı məharətlə seçir.
Bilirdinizmi?
Hollandlar AVRO-2016 və DÇ-2018-ə düşməyiblər. 80-ci illərin ortalarında da onlar böyük turnirlərin final mərhələsində belə uzun müddət oynamadılar, lakin bunun ardınca 1988-ci ildə Avropa çempionu oldular...
RUSİYA
“I” qrupundakı statistika: O10 Q8 H0 M2 VQ33 BQ8
Təsnifat mərhələsində ən çox qol vuran oyunçu: Artyom Dzüba (9)
AVRO-da ən yaxşı nəticə: çempion (1960, SSRİ kimi), 1/2 final (2008)
AVRO-2016-da nəticə: qrup mərhələsi
Məşqçi: Stanislav Çerçesov
“Spartak”ın və Rusiya komandasının keçmiş məşhur qapıçısı. 2016-cı ilin yayında milli komandaya rəhbərlik etməyə başlayıb və gözlənilmədən onu 2018-ci il Dünya Kubokunun 1/4 finalına çıxarıb.
Həlledici oyunçu: Artyom Dzüba
“Zenit”in hücumçusu ən hündürboylu rusiyalı futbolçulardan biridir (196 sm). O, hazırkı millinin kapitanı və ən çox qol vuran oyunçusudur (24 qol).
Yüksələn ulduz: Dmitri Barinov
Bu il “Lokomotiv”in 23 yaşlı yarımmüdafiəçisi üçün karyerasında ən yaxşı il olub. Yayda milli komandada debüt edib, Rusiya çempionatında parlaq oyun nümayiş etdirir, bu yaxınlarda isə Çempionlar Liqasında “Bayern”ə qol vurub.
Bilirdinizmi?
Milli komanda AVRO-da beş qələbəsiz matç oynayıb. Komanda sonuncu dəfə AVRO-2012-nin start görüşündə qalib gəlib (Rusiya - Çexiya 4:1).
Səbət 3
PORTUQALİYA
B qrupundakı statistika: O8 Q5 H2 M1 VQ22 BQ6
Təsnifat mərhələsində ən çox qol vuran oyunçu: Kriştianu Ronaldu (11)
AVRO-da ən yaxşı nəticə: çempion (2016)
AVRO-2016-da nəticə: çempion
Məşqçi: Fernandu Santuş
Oyunçu kimi müdafiədə oynayıb. Məşqçi olaraq Portuqaliyanın üç məşhur klubuna başçılıq edib. Yunanıstan millisinə rəhbərlik etdikdən sonra, 2014-cü ildə Portuqaliya yığmasının sükanı arxasına keçib. Bu yığma ilə AVRO-2016-da və 2019-cu il UEFA Millətlər Liqasında qalib gəlib.
Həlledici oyunçu: Kriştianu Ronaldu
AVRO-2020-yə qədər qol və matç baxımından Portuqaliya millsinin rekordçusunun 35 yaşı tamam olacaq. Şübhə yoxdur ki, yayda o öz parlaq karyerasındakı kiçik boşluğu doldurmaq üçün hər şeyi edəcək. Ronaldu hələ AVRO və ya dünya çempionatının final mərhələsinin ən yaxşı bombardiri olmayıb.
Yüksələn ulduz: Joau Feliks
Joau Feliks istedadlarla zəngin Portuqaliya yığmasında növbəti parlaq oyunçudur. Milli komandada 20 yaşlı pleymeyker portuqalların qalib gəldikləri UEFA Millətlər Liqasının final mərhələsində debüt edib.
Bilirdinizmi?
Ukrayna yığmasına məğlub olanadək Fernandu Santuş nə AVRO-nun final mərhələsində, nə də Millətlər Liqasında bir oyun belə uduzmayıb.
TÜRKİYƏ
H qrupundakı statistika: O10 Q7 H2 M1 VQ18 BQ3
Təsnifat mərhələsində ən çox qol vuran oyunçu: Cenk Tosun (5)
AVRO-da ən yaxşı nəticə: 1/2 final (2008)
AVRO-2016-da nəticə: qrup mərhələsi
Məşqçi: Şenol Günəş
Türkiyə yığmasının keçmiş qapıçısı, "Trabzonspor"un heyətində altıqat ölkə çempionu. 2002-ci il dünya çempionatında çüncü yer tutmuş milliyə rəhbərlik edib. Məşqçi kimi "Beşiktaş"la iki dəfə Türkiyə çempionu olub. 2019-cu ildə Türkiyə millisinin baş məşqçisi postuna qayıdıb.
Həlledici oyunçu: Cenk Tosun
Günəş yığmanın "Everton"lu əsas hücumçusunu ən yaxşı oyununu göstərməyə necə məcbur etməyin yolunu bilir. O, "Beşiktaş"dakı uğurlu dövrdə Tosunun məşqçisi olub. Hündür boya və yüksək sürətə malik olmayan Cenk böyük həcmdə iş görür və məqamlardan ustalıqla istifadə edir.
Yüksələn ulduz: Merih Dəmirəl
2019-cu ildə Dəmirəl "Alanyaspor"dan "Sassuolo"ya icarəyə verilib. Məşqçi Sergen Yalçın onun barəsində deyir: "Türkiyə yığması növbəti on il üçün mərkəz müdafiəçisi qazanıb". Tezliklə Dəmirəl "Yuventus"un oyunçusu oldu. Orada ona böyük ümidlər bəsləyirlər. AVRO-2020 ərəfəsində müdafiəçinin 22 yaşı tamam olacaq.
Bilirdinizmi?
Türkiyə yığması son yeddi Avropa çempionatının beşində oynayıb. Bu yarışda debütünü isə 1996-cı ildə edib.
DANİMARKA
D qrupundakı statistika: O8 Q4 H4 M0 VQ23 BQ6
Təsnifat mərhələsində ən çox qol vuran oyunçu: Kristian Eriksen (5)
AVRO-da ən yaxşı nəticə: çempion (1992)
AVRO-2016-da nəticə: iştirak etməyib
Məşqçi: Oge Xareyde
Oyunçu kimi Norveç yığmasının heyətində 50 görüş keçirib, məşqçi kimi isə bütün Skandinaviya ölkələrində işləyib. 2018-ci ildə danimarkalıları dünya çempionatının 1/8 finalına çıxarıb.
Həlledici oyunçu: Kristian Eriksen
27 yaşlı hücuma meylli yarımmüdafiəçi öz mövqeyində dünyanın ən yaxşılarından sayılır. O, sürətlə yığmanın heyətində 100 qol həddinə yaxıblaşır. Eriksen milli komandanın oyununu müəyyən edir.
Yüksələn ulduz: Yakob Bryun-Larsen
Marko Roysa oxşamağa can atan sürətli hücumçu. Ötən mövsümdə Bryun Larsen Dortmund "Borussiya"sının birinci komandasına və Danimarka yığmasına düşə bilib.
Bilirdinizmi?
Danimarka seçmələrdən sonra AVRO-92-yə düşə bilməmişdi, lakin nəticədə final mərhələsində Yuqoslaviyanı əvəz etdi və sensasion şəkildə turniri uddu.
AVSTRİYA
G qrupundakı statistika: O10 Q6 H1 M3 VQ19 BQ9
Təsnifat mərhələsində ən çox qol vuran oyunçu: Marko Arnautoviç (6)
AVRO-da ən yaxşı nəticə: qrup mərhələsi (2008, 2016)
AVRO-2016-da nəticə: qrup mərhələsi
Məşqçi: Franko Foda
Oyunçu kimi Foda AFR yığmasının heyətində iki oyun keçirib. Məşqçi karyerasının böyük hissəsini keçirdiyi Avstriyanın "Şturm" klubu ilə çempion olub və ölkə kubokunu qazanıb. Avstriya yığmasına 2018-ci ilin əvvəlindən rəhbərlik edir.
Həlledici oyunçu: Marko Arnautoviç
Son bir neçə il ərzində güclü müdafiəyə rast gələndə tez-tez problemlər yaşayırdılar, lakin Çində oynayan Arnautoviçin şəxsində müntəzəm olaraq qol vuran oyunçu tapdılar.
Yüksələn ulduz: Konrad Laymer
"Leypsiq"li universal Fodaya müxtəlif mövqelərdə kömək edir. Zərurət olanda meydançanın mərkəzində canlanma yarada, cinahdan kömək edə, müdafiədə oynaya bilir.
Bilirdinizmi?
Avstriyalıların iri turnirlərin final mərhələsində qazandıqları sonuncu qələbədən demək olar ki, 30 il keçir - DÇ-1990-da onlar 2:1 hesabı ilə ABŞ yığmasını məğlub ediblər.
İSVEÇ
F qrupundakı statistika: O10 Q6 H3 M1 VQ23 BQ9
Təsnifat mərhələsində ən çox qol vuran oyunçu: Robin Kvayson (5)
AVRO-da ən yaxşı nəticə: 1/2 final (1992)
AVRO-2016-da nəticə: qrup mərhələsi
Məşqçi: Yanne Andersson
Andersson İsveç yığmasının yenidən dirçəldilməsi dövrünün banisidir. Əvvəlcə o, 12 il ərzində ilk dəfə olaraq komandanı dünya çempionatının final mərhələsinə çıxardı, sonra isə Millətlər Liqasının qrupunda Rusiya və Türkiyənin qabaqlaya bildi.
Həlledici oyunçu: Robin Ulsen
"Kalyari"nin qapıçısı yenidən yığmanın əvəzedilməz həlqəsinə çevrilib. Onun fiziki hazırlığı, tullanma bacarığı və etibarlı əlləri dəfələrlə komandanı xoşagəlməz vəziyyətlərdə xilas edib.
Yüksələn ulduz: Aleksander İsak
16 yaşında o AİK-in tarixində ən gənc qol müəllifi olub. 17 yaşında eyni rekordu yığmada yeniləyib. İndi onun 20 yaşı var və "Real Sosyedad"da yaşına uyğun olmayan tərzdə yetkin futbol göstərir.
Bilirdinizmi?
AVRO-92-də İsveç qrupunda ingilisləri, fransızları və gələcək çempionlar olan danimarkalıları qabaqlayaraq qalib oldu. Komanda 1/2 finaladək çatdı, lakin burada Almaniyaya 2:3 hesabı ilə məğlub oldu.
ÇEXİYA
A qrupundakı statistika: O8 Q5 H0 M3 VQ13 BQ11
Təsnifat mərhələsində ən çox qol vuran oyunçu: Patrik Şik (4)
AVRO-da ən yaxşı nəticə: çempion (1976, Çexoslovakiya kimi)
AVRO-2016-da nəticə: qrup mərhələsi
Məşqçi: Yaroslav Şilqavı
Çexiyanın ali divizionunda oynanılan oyunların sayına görə rekordçu (465). 58 yaşlı mütəxəssis Çexiya yığmasının baş məşqçisi postuna 2018-ci ilin sentyabrıda gətirilib. Bundan əvvəl "Slovan" və "Slaviya" ilə iki dəfə çempion titulunu qazanıb.
Həlledici oyunçu: Vladimir Darida
"Herta"nın universal müdafiəçisi. Var gücünü ortaya qoyur və heç bir vəzifədən çəkinmir. Oktyabrda çexləri ingilislər üzrəində sensasion qələbəyə ruhlandırıb.
Yüksələn ulduz: Tomaş Souçek
Çex yarımmüdafiəsinin ürəyi. Texnikalı iri qabaritli oyunçulara yeni nəzərlə baxmağa məcbir edib. "Slaviya"nın heyətində çempion və 2018/19 mövsümündə çexlərin ən yaxşı oyunçusudur.
Bilirdinizmi?
Çexoslovakiya dağılandan sonra Çexiya bir Avropa çempionatını buraxmayıb. Komanda dalbadal yeddinci AVRO-da iştirak edəcək.
Səbət 4
UELS
E qrupundakı statistika: O8 Q4 H2 M2 VQ10 BQ6
Təsnifat mərhələsində ən çox qol vuran oyunçular: Qaret Beyl (2), Kiffer Mur (2), Aaron Remzi (2)
AVRO-da ən yaxşı nəticə: 1/2 final (2016)
AVRO-2016-da nəticə: 1/2 final, Portuqaliyadan 0:2
Məşqçi: Rayan Giqqz
Bütün oyunçu karyerasını sürətli cinah xavbeki "Mançester Yunayted"də keçirərək klubun keçirilən oyunlara görə rekordun imza atıb - 963 görüş. 13 dəfə İngiltərə Premyer Liqasının və iki dəfə UEFA Çempionlar Liqasının (1999, 2008) qalibi olub. 1991-dən 2007-dək Uels yığmasının heyətində 64 oyun keçirib, 12 qol vurub. 2018-ci ilin yanvarında komandanın baş məşqçisi təyin edilib.
Həlledici oyunçu: Qaret Beyl
Yayda onun 30 yaşı olacaq, lakin Beyl komandanın ürəyi və ən yaxşı bombardiri olaraq qalır. Madrid "Real"ının oyunçusu 2006-cı ildəki debütündən bəri yığmadakı bütün karyerası ərzində meydançada və ondan kınarda böyük təsirə malikdir. O, ən vacib qollara imza atır.
Yüksələn ulduz: Deniel Ceyms
Bu yay "Mançester Yunayted"ə keçdikdən sonra 22 yaşlı futbolçu əla təəssürat doğurur. Uels yığmasının heyətində debüt oyununda onun qolu seçmə mərhələnin əvvəlində Slovakiya üzərində minal qələbəyə səbəb oldu. İndi onun iri turnirin final mərhələsində özünün nəhəng potensialını göstərmək üçün şansı var.
Bilirdinizmi?
1876-cı ildə qurulmuş Uels Futbol Assosiasiyası qədimliyinə görə ingilis (1863) və şotland (1873) analoqlarında sonra üçüncüdür.
FİNLANDİYA
J qrupundakı statistika: O10 Q6 H0 M4 VQ16 BQ10
Təsnifat mərhələsində ən çox qol vuran oyunçu: Teemu Pukki (10)
AVRO-da ən yaxşı nəticə: iştirak etməyib
AVRO-2016-da nəticə: iştirak etməyib
Məşqçi: Markku Kanerva
XİK-in heyətində ölkəsinin beşqat çempionudur. 12 il Finlandiyanın gənclərdən ibarət yığmasının baş məşqçisi olub, sonra əsas yığmanın baş məşqçisinin köməkçisi işləyib. 2016-cı ildən isə artıq milli komandaya rəhbərlik edir.
Həlledici oyunçu: Teemu Pukki
Pukki çoxdan istedadlı bombardir hesab olunurdu, lakin 2018-ci ildə "Norviç"ə keçdikdən sonra sanki onda ikinci nəfəs açılıb. Bu hücumçunun qolları təsnifat mərhələsində finlərə çox kömək etdi.
Yüksələn ulduz: Fredrik Yensen
"Auqsburq"un vingeri əsas yığmada özünü yaxşı tərəfdən göstərib. O qol vurmaq kimi gözəl bir adətə sahibdir.
Bilirdinizmi?
Finlandiya Avropa çempionatının final mərhələsində iştirak edəcək 33-cü milli komanda olacaq.