Pompeydə fikirləri alt-üst edəcək tapıntı

© © AFP 2019 / Press Office of the Archaeological Park of PompeiiPompeydə tapılan qladiatorların döyüşü olan rəsm
Pompeydə tapılan qladiatorların döyüşü olan rəsm - Sputnik Azərbaycan
Abunə olmaq
“Bizim Pompey və Roma imperiyasında qladiatorların görünüşü ilə bağlı təsəvvürlərimiz tam fərqli idi”

BAKI, 14 oktyabr — Sputnik. Pompeydə qeyri-adi rəsm tapılıb. Sputnik Azərbaycan xəbər verir ki, rəsmdə qladiatorların döyüşü əks olunub.

Arxeoloji parkın direktoru Massimo Osanna qədim binanın zirzəmisində tapılan freskanı unikal sənət əsəri kimi dəyərləndirib. Bu hadisədən sonra Osanna bildirib: "Bizim Pompey və Roma imperiyasında qladiatorların görünüşü ilə bağlı təsəvvürlərimiz tam fərqli idi".

Rəsmdən göründüyü kimi, yaralı qladiator rəqibindən onu həyatda saxlamağı istəyir.

Qeyd edək ki, İtaliyanın Mədəniyyət naziri Dario Françeskini bu mühüm hadisəyə münasibət bildirərək, bu freskanın tapılması Pompeyin arxeoloqlar üçün hələ də tükənməz mənbə olmasını sübut etdiyini deyib.

Xəbər lenti
0