CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Özbəkistanın Türk Şurasına üzvlüyü təbii prosesdir - Xarici İşlər naziri

© Sputnik / Murad OrujovÖzbəkistanın Xarici İşlər naziri Abdulaziz Kamilov
Özbəkistanın Xarici İşlər naziri Abdulaziz Kamilov - Sputnik Azərbaycan
Abunə olmaq
İlk mərhələdə Türk Şurasına Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan daxil olub. Bu il Özbəkistan da Türk Şurasına qoşulub

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 14 oktyabr - Sputnik. Özbəkistanın Türkdilli ölkələrin Şurasına (Türk Şurası) üzvlüyü təbii prosesdir. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Özbəkistanın Xarici İşlər naziri Abdulaziz Kamilov bildirib.

O qeyd edib ki, bu təşkilatda mədəniyyəti, ənənələri, tarixi, dili baxımından bir-birinə yaxın ölkələr birləşiblər.

Nazir eyni zamanda qeyd edib ki, Türk Şurasına üzvlük məsələsində praqmatik maraq da var: "Buraya ticarət, iqtisadiyyat, nəqliyyat, təhsil sahələrində əməkdaşlıq məsələləri daxildir. Yəni bizi çox şey birləşdirir. Ona görə də Özbəkistanın Türk Şurasına üzvlüyü təbii prosesdir".

Xatırladaq ki, sabah Bakıda Türk Şurasının VII sammiti keçiriləcək.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası türkdilli ölkələr arasında dialoq və əməkdaşlığı təşviq etmək üçün yaradılan beynəlxalq platformadır. Şura 2009-cu il oktyabrın 3-də Naxçıvanda keçirilən sammitdə yaradılıb. Onun fəaliyyət prinsipləri 16 sentyabr 2010-cu il tarixli İstanbul Bəyannaməsində əksini tapıb. İlk mərhələdə Türk Şurasına Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan daxil olub. Bu il Özbəkistan da Türk Şurasına qoşulub.

Xəbər lenti
0