Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Otellər müştərinin sənədlərini girov saxlaya bilərmi – Samir Dübəndi danışır

Abunə olmaq
DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyir ki, otellərdə sənədlərin girov kimi saxlanması otel və müştəri arasında güvənsizliyin olmasını göstərir
Samir Dübəndi: “Bəzi otellər sənəd tələb etmədən müştəri qəbul edirlər”

Qeyri-peşəkar kadrlar Azərbaycan mehmanxanalarının reputasiyasını ciddi şəkildə korlaya bilər. Bunu Sputnik Azərbaycan-a Azərbaycan Turizm Assosiasiyasının (AZTA) rəhbəri Nahid Bağırov otel xidmətçilərinin qanunsuz tələbləri və sualları ilə rastlaşan müştərilərin şikayətlərini şərh edərkən deyib.

DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi Sputnik Azərbaycan-a deyir ki, otellə müştəri arasında qeydiyyata alınma anından hüquqi münasibətlər yaranır: “Qonaqların təhlükəsizliyinin təmin olunması üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim olunmalıdır. Təcrübələr göstərir ki, bəzi otellər sənəd tələb etmədən müştəri qəbul edirlər və yaxud iki şəxsdən yalnız birinin sənədini götürürlər. Ümumiyyətlə isə otellərdə sənədlərin girov kimi saxlanması doğru deyil. Bu otel və müştəri arasında güvənsizliyin olmasını göstərir”.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 567-ci maddəsinə əsasən, şəxsiyyət vəsiqəsinin, pasportun və ya şəxsin xidməti vəsiqəsinin verilməsi qaydalarının pozulması, sənədinin qanunsuz götürülməsi və ya girov kimi qəbulu olunması 500 manatdan 800 manata qədər cərimə ilə cəzalandırılır.

Samir Dübəndinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0