CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mehriban Əliyeva başsağlığı verdi

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva
Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva - Sputnik Azərbaycan
Abunə olmaq
"Dahi tədqiqatçı alim və istedadlı müəllim olan Vasim Məmmədəliyev Azərbaycan elminin çoxəsrlik ənənələrinin davamçısı idi"

BAKI, 14 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban Əliyeva akademik Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar başsağlığı verib.

Akademik Vasim Məmmədəliyev - Sputnik Azərbaycan
CƏMİYYƏT
Vasim Məmmədəliyev dünyasını dəyişdi

Sputnik Azərbaycan xəbər verir ki, o bu barədə öz "İnstagram" səhifəsində yazıb.

Paylaşımda deyilir: "Dünya şöhrətli şərqşünas-alim, müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimin Azərbaycan dilinə tərcüməçilərindən biri, Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyev dünyasını dəyişib. Çox yüksək intellektə və nadir mənəvi keyfiyyətlərə malik insan – Vasim müəllim elm dünyasında şübhəsiz nüfuz sahibi idi. Onun Azərbaycanda şərqşünaslığın inkişafında müstəsna xidmətləri var. Dahi tədqiqatçı alim və istedadlı müəllim olan Vasim Məmmədəliyev Azərbaycan elminin çoxəsrlik ənənələrinin davamçısı idi.

Akademik Vasim Məmmədəliyevin vəfatı bizim hamımız üçün çox böyük itkidir. Böyük alimin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Allah rəhmət eləsin!"

Xəbər lenti
0