Futbol üzrə İngiltərə milli komandası 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin səfər oyununda Bolqarıstan komandasını darmadağın edib.
Sofiyada keçirilmiş “A” qrupunun görüşü ingilislərin xeyrinə 6:0 hesabı ilə başa çatıb. Qolları Markus Reşford (7-ci dəqiqə), Ross Barkli (20, 32), Rahim Sterlinq (45+3, 69) və Harri Keyn (85) vurublar. Matç azarkeşlərin irqçi davranışlarına görə bir neçə dəfə dayandırılıb.
Qrupun digər oyununda Kosovo yığması evdə Monteneqro millisini 2:0 hesabı ilə məğlub edib.
Qrupda vəziyyət: İngiltərə - 15 xal (6 oyundan sonra), Çexiya - 12 (6), Kosovo - 11 (6), Monteneqro - 3 (7), Bolqarıstan - 3 (7).