CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Acı rəqəm: Boşanmaların sayı artıb

© pixabay / Raw PixelBoşanma
Boşanma - Sputnik Azərbaycan
Abunə olmaq
Əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə boşanmaların sayı 2019-cu ilin 9 ayı ərzində 324, 2018-ci ilin 9 ayı ərzində 299 olub

BAKI, 14 oktyabr — Sputnik. 2019-cu ilin 9 ayı ərzində 46.745 nəfər nikaha daxil olub. 2018-ci ilin 9 ayında bu rəqəm 45.963 olub. Bu barədə Ədliyyə Nazirliyindən Sputnik Azərbayan-ın sorğusuna cavab olaraq bildirilib.

Yeni ailə quranlar, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ölkədə otuz minədək nikah bağlanıb, 10 minədək ailə dağılıb

Qeyd olunub ki, 2019-cu ildə respublikanın rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 50 yaşdan yuxarı şəxslərlə 2.453 nikah qeydiyyata alınıb. Onlardan 814-ü 60 yaşdan yuxarı, 197-si isə 70 yaşdan yuxarı, 54-ü 80 yaşdan yuxarı şəxslərin nikahının qeydiyyatıdır.

2019-cu ilin 9 ayı ərzində nikahın pozulmasının sayı 12.814 olub, 2018-ci ilin 9 ayında bu rəqəm 11.191 təşkil edib.

Əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə bağlanan nikahların sayı 2019-cu ilin 9 ayı ərzində 1.669, 2018-ci ilin 9 ayı ərzində 1.666 olub.

Əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə boşanmaların sayı 2019-cu ilin 9 ayı ərzində 324, 2018-ci ilin 9 ayı ərzində 299 olub.

Xəbər lenti
0