Bakıda itkin düşən uşaqla bağlı şok məlumatlar

© Photo : bngdesignsПодросток. Архивное фото
Подросток. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
"Anası onu internata qoymaq üçün sənəd toplayırdı. O da yəqin ki, internatda yaşamamaq üçün qaçıb. Uşaq atasının dostunun evində deyil"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 14 oktyabr — Sputnik. Bakının Binəqədi rayonunda itkin düşən 11 yaşlı uşaqla bağlı Sputnik Azərbaycan yeni məlumatlar əldə edib. Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi döngə 1-də yaşayan, 2008-ci il təvəllüdlü F.Hüseynovun anası Jalə Hüseynova Sputnik Azərbaycan-ın əməkdaşına bu barədə geniş açıqlama verib.

J.Hüseynova bildirib ki, həyat yoldaşı ilə rəsmi olaraq ayrılsa da, övladı 10 yaşına qədər onun yanında qalıb: "Həyat yoldaşım tüfeyli həyat tərzi keçirdiyindən uşağı ondan mümkün qədər uzaq tuturdum. Amma atası ilə görüşməsinə də mane ola bilmirdim.

Polis İdarəsi.Arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Kafedən çıxdı, yox oldu: 15 yaşlı qız itkin düşüb
 Övladım atası ilə qaldıqca məndən uzaqlaşırdı. Hətta mənimlə qalmaq istəmirdi, atasının yanında qalırdı. Keçmiş həyat yoldaşım narkotik maddə aludəçisi olduğundan istəmirdim ki, övladım onun həyat tərzini görsün, pis vərdişlərə aludə olsun. Amma o, övladımı məndən necə uzaqlaşdırmışdısa, keçmiş həyat yoldaşım narkotik maddələrin alqı-satqısına görə həbs olunduqdan sonra da uşaq mənimlə qalmaqdan imtina etdi.

Gedib atasının dostunun evində qalırdı. Mən də gedib övladımı öz yanıma gətirdim. İsrar etdi ki, mənimlə qalmayacaq. Dedi atam yoxdu, məni internata qoy. Mən də övladımla sənədlərini toplamaq üçün Təhsil Nazirliyinə getmişdim. Əlimdən qaçıb getdi. Bu günə qədər nə qədər axtarsaq da, tapa bilmirik. Oğlumun tapılması üçün Binəqədi RPİ-nin 43-cü PB-nə ərizə ilə müraciət etmişəm. Onun narkotik maddələrin alqı-satqısı, istifadəsi ilə məşğul olan insanların təsiri altına düşəcəyindən narahatam. Mən övladımın atası kimi tüfeyli həyat tərzi keçirməməsi, normal tərbiyə alması üçün çalışıram. Amma uşağı necə yoldan çıxardıblarsa, ona psixoloji olaraq necə təsir ediblərsə, övladım mənim yanımda qalmaq istəmir".

J.Hüseynova uşağın atasının təsiri ilə Binəqədi qəsəbəsində 182 saylı məktəbdə təhsilini də yarımçıq saxladığını söyləyib.

Sputnik Azərbaycan-ın əməkdaşı hazırda F.Hüseynovun tapılması istiqamətində işlərin gedişatı ilə maraqlanıb. Binəqədi RPİ-nin 43-cü PB-nin iş üzrə məsul əməkdaşı Tural Əliyev F.Hüseynovun tapılması istiqamətində işlərin davam etdirildiyini bildirib:

"O uşaq bir neçə dəfə Binəqədi RPİ-nin 43-cü PB-də olub. Yaşı az olsa da, böyüklər kimi düşünür, böyük kimi danışır. Atası ilə anası ayrılandan sonra uşaq anası ilə yaşamaq istəmir. Tez-tez qaçıb atasının yanına gedirdi. Hazırda atası Kürdəxanıda saxlama təcridxanasındadır. Anası onu internata qoymaq üçün sənəd toplayırdı. O da yəqin ki, internatda yaşamamaq üçün qaçıb. Uşaq atasının dostunun evində deyil. Hazırda azyaşlının tapılması istiqamətində axtarış-əməliyyat tədbirləri aparılır".

Xatırladaq ki, F.Hüseynov oktyabrın 8-i səhər saat 10 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0