CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zamanın viran etdiyi "Div evi" sirrini açacaq adamı gözləyir

© Sputnik / Rahim Muradov“Divə kə” qalası
“Divə kə” qalası  - Sputnik Azərbaycan
Abunə olmaq
Sovet dövründə əsgərləri, xüsusilə də hərbi kəşfiyyatçıları təlim keçmək üçün qalanın yerləşdiyi əraziyə gətirirmişlər

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 14 oktyabr — Sputnik. "Divə kə" - talış dilindən tərcümədə "Div evi" deməkdir. Orta əsrlərdə tikilən qalanın keşikçi qülləsi kimi istifadə olunması da ehtimal edilir. Qala Astara çayının yaxınlığında, Alaşa kəndinin qərbində, Artupa bələdiyyəsinin Hirkan Milli Parkı ərazisinə düşən hissəsində yerləşir. Hirkan Milli Parkının əməkdaşı Mədət Kərimov Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində qədimdə yüksək vəzifəli şəxslərə bəzən "div" deyildiyini vurğulayır və qalanın adını da buna bağlayır.

"Böyüklərdən, ağsaqqallardan eşitmişəm ki, qədim dövrlərdə bura Əlişah adlı bir şəxsin qalası olub, digər mənbələrə görə isə bu qala Teymurləngin oğlu Miranşahın qərargahı imiş. "Divə kə" abidəsi təxminən XII-XV əsrlərə aiddir və Hirkan Milli Parkının Astara rayonu Alaşa kəndi ərazisinə daxil olan dağlıq bölgədədir. Qala strateji cəhətdən çox əlverişli mövqedə tikilib.

© Sputnik / Rahim Muradov"Divə kə" abidəsi təxminən XII-XV əsrlərə aiddir və Hirkan Milli Parkının Astara rayonu Alaşa kəndi ərazisinə daxil olan dağlıq bölgədədir
Zamanın viran etdiyi Div evi sirrini açacaq adamı gözləyir - Sputnik Azərbaycan
"Divə kə" abidəsi təxminən XII-XV əsrlərə aiddir və Hirkan Milli Parkının Astara rayonu Alaşa kəndi ərazisinə daxil olan dağlıq bölgədədir

Abidənin içərisində otaqların divarları bişmiş kərpiclərlə hörülüb. O vaxt sement olmadığı üçün hörgüdə yumurta sarısı, kül, bir də keçi tükündən istifadə edilib. Çöl divarları isə qayalığı andırır, ancaq bu günədək onun tikintisində hansı materiallardan istifadə olunduğu bəlli deyil", - M.Kərimov deyir.

Həmsöhbətimizin sözlərinə görə, sovet dövründə əsgərləri, xüsusilə də hərbi kəşfiyyatçıları təlim keçmək üçün qalanın yerləşdiyi əraziyə gətirirmişlər. Qalanın olduğu yerdən həm İran İslam Respublikasının ərazisini, həm də Xəzər dənizinin sərhəd sularını müşahidə etmək mümkündür. Bu məqsədlə hərbçilər çadırlar quraraq, bir neçə ay müddətində ərazidə qalırmışlar. Ərazidə 1990-cı illərə kimi sözügedən təlimlər keçirilib. Qala sovet dönəmində abidə kimi qorunmayıb, yalnız kəşfiyyatçı əsgərlərə təlim keçmək üçün istifadə edilib. 

© Sputnik / Rahim MuradovQala strateji cəhətdən çox əlverişli mövqedə tikilib
Zamanın viran etdiyi Div evi sirrini açacaq adamı gözləyir - Sputnik Azərbaycan
Qala strateji cəhətdən çox əlverişli mövqedə tikilib

Şimalda sıldırım dağa söykənmiş, qırmızı kərpic və gəc materialından tağ şəkilli otaqları olan qalanın qərbdən, şərqdən və cənub istiqamətindən mümkün hücumların qarşısının alınması və eyni zamanda dənizdən başlayan Astara-Ərdəbil karvan yoluna nəzarət məqsədilə inşa olunduğu ehtimal edilir.

"Qalada keşikçi qülləsi ilə otaqlar arasında yeraltı yolun olduğu güman edilir. Burada yerin altına aparan girişə bənzər qalıqlar belə düşünməyə əsas verir. Təəssüf ki, günümüzədək qalanın yonulmuş sal daşlardan ibarət istinad divarları və tağ şəkilli bir neçə otağının qalıqları çatıb. Qalaya əsas giriş şimal-şərq tərəfdəndir", - deyə Mədət Kərimov bildirir.

© Sputnik / Rahim Muradov“Divə kə” qalası
“Divə kə” qalası  - Sputnik Azərbaycan
1/3
“Divə kə” qalası
© Sputnik / Rahim MuradovQala Astara çayının yaxınlığında “Divə kə” adlanan qala
Qala Astara çayının yaxınlığında “Divə kə” adlanan qala - Sputnik Azərbaycan
2/3
Qala Astara çayının yaxınlığında “Divə kə” adlanan qala
© Sputnik / Rahim MuradovQala Sovet dönəmində abidə kimi qorunmayıb yalnız kəşfiyyatçı əsgərlərə təlim keçmək üçün istifadə edilib
Qala Sovet dönəmində abidə kimi qorunmayıb yalnız kəşfiyyatçı əsgərlərə təlim keçmək üçün istifadə edilib - Sputnik Azərbaycan
3/3
Qala Sovet dönəmində abidə kimi qorunmayıb yalnız kəşfiyyatçı əsgərlərə təlim keçmək üçün istifadə edilib
1/3
“Divə kə” qalası
2/3
Qala Astara çayının yaxınlığında “Divə kə” adlanan qala
3/3
Qala Sovet dönəmində abidə kimi qorunmayıb yalnız kəşfiyyatçı əsgərlərə təlim keçmək üçün istifadə edilib

Qeyd edək ki, bəzi mənbələrdə Alaşa kəndi ərazisində eneolit dövrünə aid, e.ə. VI - IV minilliklərə aid edilən yaşayış yerinin, orada sonradan inşa edilən, yaşı isə indiyə kimi dəqiq məlum olmayan “Alaşa qalası”nın olması göstərilsə də, bu fikrin xüsusi tədqiqata ehtiyacı var. Bildirək ki, "Divə kə" qalası da bu günə kimi tədqiq edilməyib.

Xəbər lenti
0