Xorvatiya və Uels milliləri AVRO-2020-nin seçmə oyununda heç-heçə ediblər

© Powered by UEFA.com ©AFP/Getty ImagesПолузащитник сборной Хорватии Никола Влашич (справа)
Полузащитник сборной Хорватии Никола Влашич (справа) - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan yığmasının 2020-ci il Avropa çempionatının seçmə qrupundakı rəqibləri xalları bölüşüblər.

Uels komandasının oyunçuları 2020-ci il Avropa çempionatının seçmə matçında Xorvatiya yığması ilə öz meydanlarında heç-heçə ediblər.

“E” qrupunun bazar günü Kardifdə keçirilmiş görüşü 1:1 hesabı ilə başa çatıb. Xorvatiya millisinin heyətində qolu “ÇSKA Moskva” klubunun oyunçusu Nikola Vlaşiç (9-cu dəqiqədə) vurub. Uels komandasında isə Qaret Beyl (45+3) topu rəqibin qapısından keçirib.

“E” qrupunda komandaların mövqeyi belədir: Xorvatiya millisi liderdir (14 xal), macarlar ikinci yerdədir (12) – hər iki komanda yeddi görüş keçirib.

Aşağı pillələrdə bir oyun az keçirmiş komandalar durur - Slovakiya (10), Uels (8), Azərbaycan (1).

Xəbər lenti
0