Ukrayna millisi Portuqaliyanı məğlub edərək AVRO-2020-yə vəsiqə qazanıb

© Powered by UEFA.com ©AFP/Getty ImagesПолузащитник сборной Украины Александр Зинченко
Полузащитник сборной Украины Александр Зинченко - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
НовостиTelegram
Ukrayna komandası ilə səfər görüşündə Kriştianu Ronaldunun qolu hazırkı Avropa çempionlarına xal toplamağa kömək etməyib.

Futbol üzrə Ukrayna milli komandası 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin matçında Portuqaliya komandasını məğlub edərək turnirin finalına yüksəlib.

“B” qrupunun Kiyevdəki görüşü 2:1 hesabı ilə başa çatıb. Qolları Roman Yaremçuk (6-cı dəqiqə) və Andrey Yarmolenko (27) vurublar. Portuqaliya komandasında isə karyerası ərzində 700-cü qolunu vurmuş Kriştianu Ronaldu (72-ci dəqiqə, penaltidən) fərqlənib. Ukraynalıların heyətində Taras Stepanenko 72-ci dəqiqədə oyundan kənarlaşdırılıb.

Qrupun digər matçında Serbiya yığması səfərdə Litva millisini 2-1 məğlub edib. Beləliklə, Ukrayna komandası Avropa çempionatının finalına çıxışını təmin edib.

Qrupda vəziyyət: Ukrayna - 19 xal (7 oyundan sonra), Portuqaliya - 11 (6), Serbiya - 10 (6), Lüksemburq - 4 (6), Litva - 1 (7).

Xəbər lenti
0