BAKI, 13 oktyabr – Sputnik. Türkiyə Silahlı Qüvvələri Təl-Əbyad bölgəsindəki sərhəd yaşayış məntəqəsini terrorçulardan təmizləyib.
Sputnik Azərbaycan-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, yaşayış məntəqəsi Suriya milli ordusunun nəzarəti altına keçib. Terrorçulardan təmizlənən ərazilərdə axtarış-xilasetmə işləri davam edir.
Beləliklə, oktyabrın 9-da başlanan “Barış bulağı” əməliyyatı çərçivəsində Rasulayn və Tel Abyad şəhərləri, o cümlədən 42 kənd YPG/PKK terrorçularından təmizlənib.