Kafedə partlayış 6 nəfərin həyatına son qoydu

Abunə olmaq
Ciansu vilayətinin Usi şəhərinin Sişan rayonunda baş verən partlayışa səbəb qaz sızması olub, 6 nəfər ölüb, 9 nəfər yaralanıb

BAKI, 13 oktyabr – Sputnik. Çinin Ciansu vilayətinin Usi şəhərində kafedə partlayış baş verib.

Sputnik Azərbaycan-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, şəhərin Sişan rayonunda baş verən partlayışa səbəb qaz sızması olub.

Yerli vaxtla saat 11.00-da baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 9 nəfər yaralanıb.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Xəbər lenti
0