İtaliya AVRO-a gedir, İspaniya və Ermənistanın uğursuzluqları

© Powered by UEFA.com ©Getty ImagesФутболисты сборной Италии
Футболисты сборной Италии - Sputnik Azərbaycan
Abunə olmaq
İtalyanlar vaxtından əvvəl AVRO-ya çıxıblar. İspaniya Norveçdə qələbəni əldən verərək eyni uğura imza ata bilməyib. Ermənilər isə Lixtenşteyndə iki vacib xalı itiriblər.

Yunanlar üzərində qələbə İtaliyanı AVRO-2020-yə aparır

İspanlar Norveçdə iki xal itiriblər

Ermənistan millisi Lixtenşteyndə heç-heçə edib

Matçlar; Qruplar; Şanslar; Pley-off oyunları

“D” qrupu

Danimarka - İsveçrə 1:0

Yusuf Poulsenin sonda vurduğu qol Danimarka millisinə qələbə qazandırıb və xallara görə təkbaşına lider olan İrlandiyaya çatmağa imkan verib. “RB Leypsiq” klubunun hücumçusu Kristian Eriksenin ötürməsindən sonra fərqlənib. Lakin Qranit Cakanın və Rikardo Rodrigesin məkrli zərbələrindən sonra Danimarka komandasını xilas etmiş qapıçı Kasper Şmeyxel də matçın qəhrəmanı sayıla bilər.

Gürcüstan - İrlandiya 0:0

Gürcüstan topa daha çox sahib olub, amma qonaqlar daha çox təhlükəli vəziyyətlər yaradıblar. Matçın əvvəlində Con Eqan qapıya doğru zərbə endirib. Oyuna əvəzləmədən daxil olmuş Aron Konnelli sonda iki dəfə fərqlənə bilərdi. İrlandiyalılar hələ “D” qrupunda məğlubiyyət görməyiblər.

“F” qrupu

Norveç – İspaniya 1:1

Əlavə olunmuş vaxtın sonunda Coş Kinq 11 metrdən fərqlənib və skandinaviyalılara layiqli heç-heçəni gətirib. İspanlar finala vaxtından əvvəl çıxa bilərdilər, lakin bunu edə bilməyiblər. 47-ci dəqiqədə Saul AVRO-nun ardıcıl 15-ci seçmə matçında qalib gəlmək şansı olan qonaqları önə keçirib. Lakin norveçlilər təslim olmayıblar və Omar Elabdellaui görüşün sonunda penalti qazanıb. Kinq isə şansını qaçırmayıb.

Farer adaları - Rumıniya 0:3

Rumınlar oyunun son 15 dəqiqəsində vurduqları üç qol sayəsində qrupdakı ilk iki yerdən birini tutmaq şanslarını qoruyublar. Ceorce Puşkaş 74-cü dəqiqədə Nikolae Stançunun ötürməsindən sonra fərqlənib, sonra isə Aleksandru Yonuts Mitritsa fərdi məharət göstərib. Son hesabı Klaudiu Keşerunun qolu müəyyənləşdirib.

Malta - İsveç 0:4

İsveçlilər səfərdə Malta millisini darmadağın ediblər. 30 yaşında milli komandada debütünü edən mərkəz müdafiəçisi Markus Danielson 11-ci dəqiqədə hesabı açıb. İkinci hissədə Sebastian Larsson penaltidən iki qol vurub. Bu iki 11 metrlik zərbələrin arasında meydan sahiblərinin müdafiəçisi Andrey Agius avtoqol vurub.

“J” qrupu

Bosniya və Herseqovina - Finlandiya 4:1

Zenitsadakı inamlı qələbə sayəsində bosniyalılar finlərə iki xal yaxınlaşıblar. Əvəzləmədən oyuna daxil olmuş İzet Xayroviç 29-cu dəqiqədə meydan sahiblərinin üstünlüyünü qola çevirib. Komandanın kapitanı Miralem Pyaniç isə fasilədən əvvəl penaltidən bu üstünlüyü artırıb və ikinci hissədə isə dubl edib. Tezliklə Armin Hociç finlərin qapısına dördüncü qolu vurub. Finlandiya yalnız Joel Pohyanpalonun prestij qolu ilə cavab verə bilib.

İtaliya - Yunanıstan 2:0

İtaliyalılar ikinci yarıda iki dəfə qol vuraraq AVRO-2020-də yerlərini təmin ediblər. Fasilədən əvvəl meydan sahibləri hədəfə bir dəfə də olsun zərbə vurmayıblar. Hesab Andreas Buxalakisin öz cərimə meydançasında əl ilə oynamasından sonra açılıb. Jorjinyo penaltini vurub, əvəzləmədən oyuna daxil olmuş Federiko Bernardeski isə “skuadra adzurra”nın üstünlüyünü artırıb. DÇ-2018-i əldən vermiş italiyalılar Avropa çempionatının final turnirinə çıxmaq məsələsini finişə üç tur qalmış həll ediblər.

Lixtenşteyn - Ermənistan 1:1

Qonaqlar qələbə qazansaydılar “J” qrupunda ikinci pilləyə yüksələcəkdilər, lakin Vadusda onlar heç-heçə ilə kifayətləniblər. İlk hissədə Tiqran Barseqyan yerlə dəqiq zərbə vurub, lakin fasilədən sonra Lixtenşteyn komandası bərabərliyi bərpa edə bilib. Belə ki, qapıçı Aram Ayrapetyan Dennis Salanoviçin təhlükəli zərbəsinin qarşısını alsa da, əvəzləmədən oyuna daxil olmuş Yanik Frik qayıdan topu qapıya göndərib.

Xəbər lenti
0